Məhkəmə qərarları › İş №8(007)-155/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-155/2024

20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-155/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3429/2021-012 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 2889,75 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyev Borclu məcburi gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi icraata xx.xx.2022-cı il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə borcluya məxsus ünvana baxış keçirilmiş və Borclu icra sənədində qeyd edilən ünvana ünvan 1 olaraq xəbərdarlıq göndərilmiş, lakin borclu qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi rəhbər tutularaq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3429/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, Borclu polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat vermiş icra məmuruna, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Tələbkar "xxxx" MMC elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, Borclu saxlanıldığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin (070)-601-91-95 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış və borclunun həmin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi, cəzasının müddətinin bitməsinə 1 il müddət qaldığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə, hazırda cinayət əməli törətməsi ilə əlaqədar borclunun çəzaçəkmə müəssisəsində olmasını icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərarı və tələbin könüllü icra edilməsinə dair bildirişi onların göndərildiyi ünvanda faktiki yaşamaması ilə əlaqədar əldə edə bilməməmsi və ya onlardan məlumatlı ola bilməməsi hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3429/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, Borclu polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3429/2021-012 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, Borclu polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar