Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-156/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-237/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə 38000 manat və ödənilmiş 20 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalı və ekspertiza xərci 120 manat məbləğində pul Borclu dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Əlihüseyn Aslanov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin, borclu ona verilmiş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada üzürsüz səbəbdən təmin edilmədiyindən borclu, Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasının müvəqqəti məhdudlaşdırılmasım məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən xx.xx.1960-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etmədiyini, borc məbləğindən tələbkar ortaya çıxmadığı üçün heç nə ödəyə bilməməsini bildirdi. O, həmçinin borcla bağlı tələbkara əvvəl 4000 manat təklif etməsini qarşı tərəfin bunu qəbul etməməsini, borc məbləğinin avtomobillərinə yönəldilə bilməsini, Gürcüstana gedib-gəldiyini qeyd etdi. Göstərilənlərə əsasən ölkədən çıxışına məhdudiyyət qoyulmamasını və təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3-cü bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu olduğu icra sənədi üzrə tələbin könüllü qaydada icra edilməsi məqsədilə onun ünvanına müvafiq qaydada bildirişlər göndərilmişdir. Borcluya verilən müddətin ötməsinə baxmayaraq o borcun hər hansı hissəsinin ödənilməsini təmin etməmişdir. Lakin, icra işi və Elektron Məhkəmə Sistemi vasitəsilə aparılmış araşdırma nəticəsində Borclu adına “Vaz 2102” minik markalı, **-SD- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 300 TD” minik markalı, **-XT-*** qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən borclunun adına əmlakın olub-olmaması barədə yoxlama aparılmadan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat ilə məhkəməyə müraciət edilmişdir. Hansı ki, qeyd olunan tədbir icra məmuru tərəfindən borclu barəsində ən son görüləcək tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Borclu olduğu icra sənədi üzrə borclunun adına əmlak olduğundan icra məmurunun təqdimatı təmin edilməməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-237/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.1960-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-156/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-156/2023
22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver