Məhkəmə qərarları › İş №8(007)-156/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-156/2024

17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-156/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində aliment tutulub, Tələbkar verilməsi qərara alınmışdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adma “VOLKSWAGEN PASSAT minik” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-443/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra tədbirləri nəticəsində Borclu alimentə görə yığılmış borcu tam şəkildə ödənilmişdir. Qeyd edilənlərə əsasən Nizami Rayon Məhkəməsinin 8(007)-443/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Borclu mülkiyyətində olan “VOLKSWAGEN PASSAT minik” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, icra şöbəsinin icraatında olan icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, icra məmurunun təqdimatına əsasən, borcluya məxsus avtomobilin üzərinə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra borclu tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment ödənişlərinin icrası təmin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin qüvvədə qalması zərurəti aradan qalxmışdır, ona görə təqdimat təmin olunaraq avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-443/2023 saylı qərardadı ilə 2008-ci il buraxılışlı “VOLKSWAGEN PASSAT” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar