Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-158/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Borclu və ərizəçi Babaşov Şəfayət Məmməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 190/2023 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair borclu Babaşov Şəfayət Məmməd oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Babaşov Şəfayət Məmməd oğlundan Nurı̇ yev Arı̇ f Akif oğlunun xeyrinə 72.400,00 manat vəsaitin tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Babaşov Şəfayət Məmməd oğlunun Nurı̇ yev Arı̇ f Akif oğluna qarşı “39500,00 manat vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X2 Nurı̇ yev Arı̇ f Akif oğluna qarşı “60.000,00 manat vəsaitin tutulması” barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı Babaşov Şəfayət Məmməd oğlu və Nurı̇ yev Arı̇ f Akif oğlu tərəfindən hər biri tərəfindən ayrı-ayrılıqda çəkilmiş 300 manat qiymətləndirilmə xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun onlara aid edilməsi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun onlara aid edilməsi, X1 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 190/2023 saylı qətnaməsi ilə cavabdeh Babaşov Şəfayət Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsinin ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilməsi, Babaşov Şəfayət Məmməd oğlundan Tələbkar xeyrinə 64.452,6 manat (altmış dörd min, dörd yüz əlli iki manat, altmış qəpik) vəsaitin tutulması, qətnamənin qarşılıqlı iddianın 17000 manat borcun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin edilməsi, Tələbkar Babaşov Şəfayət Məmməd oğlunun xeyrinə 17000 manat (on yeddi min) pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 114 (yüz on dörd) manatının cavabdeh Babaşov Şəfayət Məmməd oğlundan, 86 (səksən altı) manatı isə iddiaçı Tələbkar tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-273/2024 saylı qərarı ilə iddiaçı Tələbkar və cavabdeh Babaşov Şəfayət Məmməd oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 190/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu Babaşov Şəfayət Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Tələbkar borclu olduğu pulun hissə-hissə olaraq hər ay 700 (yeddi yüz) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə ondan tutulması nəzərdə tutulan 64.000 (altmış dörd min) pul vəsaitinin birdəfəlik Tələbkar ödəmək imkanı yoxdur. O, təqaüdçüdür, müharibə veteranıdır, təqaüdünün aylıq məbləği 1500 (min beş yüz manat) təşkil edir. Ali məktəbdə oxuyan oğlu Babaşov Məhəmməd Şəfayət oğlunun gündəlik xərcləri onun öhdəsindədir. O, tələbkara ödəniləcək 64.000 (altmış dörd min manat) pulu hər ay 1500 (min beş yüz manat) aldığı təqaüddən 700 (yeddi yüz manat) olaraq Tələbkar ödəməyi öz öhdəsinə götürür və heç bir gecikməyə yol verməyəcəkdir. Məhkəmə iclasında borclu və ərizəçi Babaşov Şəfayət Məmməd oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi üzrə borc məbləğindən 47000 manat qalmış, bununla bağlı barəsində inzibati işi olmuş və həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə borc məbləğindən 5000 manat ödəniş etmiş və məhkəmə qərarı ilə işə xitam verilmişdir. 1500 manat pensiya alır, borcun yönələcəyi adına hər hansı əmlakı yoxdur, sadəcə satmağa qoyduğu sahəsi 150 kv.metr olan, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsində binanın altında yerləşən sənədlə 67 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi vardır. Həmin sahəni tələbkara təklif etmiş, qarşı tərəf də sahəyə baxmış, 80000 manat verəcəyini demişdir. O, borcunu ən geci 4-5 aya ödəyəcəkdir, hətta qeyri-yaşayış sahəsi satılsa bir dəfəlik ödəyəcəkdir. Qarşı tərəfin də ona ödənilməmiş 17000 manat borcu vardır. Həmçinin, üç övladı vardır, oğlu ADA-ya 656 balla qəbul olmuşdur və ödənişsiz oxuyur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, borclu Babaşov Şəfayət Məmməd oğlu məhkəmə qətnaməsinin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən məhkəmə qətnaməsi hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, borclu Babaşov Şəfayət Məmməd oğlunun hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Əksinə, Babaşov Şəfayət Məmməd oğlunun məhkəmə iclasında verdiyi izahatı ilə borclunun 1500 manat təqaüd alması, borcunu ən geci 4-5 aya, onun adında olmasa da satışa çıxardığı qeyri-yaşayış sahəsinin satılacağı təqdirdə bir dəfəlik ödəyə biləcəyi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə bildirir ki, bu barədə qərar qəbul edilərkən məhkəmə tərəfindən tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları, borcun məbləğinin həcmini və tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, borclu Babaşov Şəfayət Məmməd oğlunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə də borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu Babaşov Şəfayət Məmməd oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş iddiaçı Tələbkar borclu olduğu borcun hər ay 700 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-158/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-158/2024
20.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver