Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-167/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Maraqlı şəxs icra məmuru X6 iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı icra sənədi üzrə Maraqlı şəxs xx.xx.2019-cu il tarixli icraata xitam verilmə haqında qərarından tələbkar X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddiasının təmin edilməsi, X3 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(007)- 37/2019 saylı qərardadı ilə qətnaməyə izah verilərək qətnamədə "elektron informasiya sistemi" Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. Maraqlı şəxs böyük icra məmuru Mehdi Zeynalov tərəfindən xx.xx.2019-cu il tarixli qərar ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda tələbkar X3 məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nizami rayon icra və Probasiya şöbəsinin 15 aprel 2019-cu il tarixli icraata xitam verilmə barədə qərarının ləğv edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(007)-3988/2018 saylı icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilmiş və onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsini qət edən 15 noyabr 2018-ci il tarixli məhkəmə qətnaməsi çıxarmışdır. Həmin qətnamədə elektron sistemin konkret hansı sistem olması göstərilmədiyindən Nizami rayon İcra şöbəsinin icra məmuru aidiyyəti üzrə icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə təqdimatla müraciət edilmişdir. Nizami rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qərardadı ilə həmin təqdimat təmin edilmiş, qətnaməyə izah verilmiş lakin elektron sistem kimi əmək müqaviləsinin xitamı kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsinin elektron informasiya sistemi kimi müəyyən edilmişdir. Bundan sonra Nizami İcra şöbəsi aidiyyəti üzrə müracit ünvanlamış və icra sənədi üzrə icraata 15 aprel 2019-cu il tarixli qərarla xitam vermişdir. O, bu vaxtadək zənn etmişdir ki, əmək bildirişi sistemdən silinmişdir. Lakin yaxın zamanlarda yeni işə düzəlmək istəyərkən həmin bildirişin sistemdə aktiv qaldığı görünür. Araşdırma nəticəsində məlum olmuşdur ki, əmək bildirişlərini elektron sistemə X7 tərəfindən icra edildiyi üçün məhkəmə qətnaməsi icrasız qalmışdır. İcra məmurunun xitam qərarını bir neçə gündür ki, almışdır. Yəni 10 gün tamam olmadan şikayət vermək qərarına gəlmişdir. X1 nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizələr verərək ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizələrdə qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsinin icrasının təmin edilməməsi səbəbindən ərizəçi Səbinə Quliyeva tam ştatlı əmək müqaviləsi bağlaya bilmir. Ərizəyə əlavə edilmiş çıxarışdanda bunu aydın görmək olar. Hazırki icra vərəqəsinə izah verilsə də həmin qərardad üzrə icra şöbəsi izah təqdimatı düzgün verilməmişdir. Belə ki, əmək bildirişlərinin qüvvəyə minməsi və ya qüvvdən düşməsinə nəzarət Əmək müfəttişliyi xidmətidir. İş materiallarına əlavə etdikləri e-sosialdan edilmiş çıxarışdan da gördükləri kimi hal-hazırda məhkəmə qətnaməsində göstərilən məsələlər öz həllini tapmamışdır. İcraçının icra sənədinin icrasına xitam verilməsi ilə bağlı çıxardığı qərar qanunsuzdur. Çünki icra sənədi üzrə icraata xitam yalnız icra sənədində göstərilən tələb tam icra olunduqda mümkündür. Beləliklə, icraata xitam verilmə barədə qərar ləğv edilməli, əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş elektron sistemə daxil edilməlidir. Məhkəmə iclasında icra məmuru X11 şikayətin təmin edilməsinə və xitam qərarının ləğv edilməsinə etiraz etmir. O, əlavə olaraq bildirdi ki, icra sənədi üzrə X4 məktubu əsas götürülərək icraata xitam verilmişdir. Hansı ki, bu düzgün deyildir, çünki icra sənədi tam icra olunmamışdır. Sistemdən arayışı "xxxx" MMC gətirməli bundan sonra icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə (20.1.1), məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə (20.1.2), tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə (20.1.3), icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə (20.1.4), qanun əsasında borclunun dövlətə olan borcu silindikdə (20.1.4-1), qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (20.1.4-2), icra sənədi tam icra olunduqda (20.1.5) xitam verilir: 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı qətnaməsi icra olunaraq Maraqlı şəxsnə göndərilmişdir. İcra şöbəsi tərəfindən icra sənədi icra olunması üçün xx.xx.2019-cu il tarixli məktub ilə X5 göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti icra şöbəsinə xx.xx.2019-cu il tarixdə cavab məktubu ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətlərinə aid olmadığı üçün yalnız işəgötürən tərəfindən təmin edilməlidir. Maraqlı şəxs böyük icra məmuru Mehdi Zeynalov tərəfindən xx.xx.2019-cu il tarixli qərar ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, X3 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə görə xx.xx.2017-ci il tarixdən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumat elektron informasiya sisteminə daxil edilmişdir. Bu barədə X4 məktubuna əsasən icra sənədi üzrə icraata xitam verilməsi məqsədəmüvafiq hesab olunur. Göründüyü kimi, icra məmuru X4 məktubunu əsas götürərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam vermişdir. Hansı ki, qeyd olunan icra sənədi üzrə X4 məktubu icraata xitam verilməsi üçün əsas deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci maddəsində icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam veriməsi nəzərdə tutulsa da Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)- 3988/2018 saylı icra sənədi tam icra olunmamışdır. Bütün bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı icra sənədi üzrə Maraqlı şəxs xx.xx.2019-cu il tarixli icraata xitam verilmə haqında qərarı ləğv edilməli, icra sənədi üzrə icraat davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı icra sənədi üzrə Maraqlı şəxs xx.xx.2019-cu il tarixli icraata xitam verilmə haqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-167/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-167/2023
11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver