Məhkəmə qərarları › İş №8(007)-168/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-168/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-168/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021-021 nömrəli, 06.10.2021-ci il tarixli icara sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021-021 nömrəli, 06.10.2021-ciil tarixli icra sənədinə əsasən, iş üzrə borclu X4 və X6 müştərək qaydada “VAZ 21214” markalı **-MT-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş 3476 manat məbləğində zərər, həmin avtomobillə törədilmiş inzibati xətaya görə ödəyəcəyi 400 manat cərimə, vəkil xidmətinə görə ödənilmiş 300 manat məbləğində pul, cəmi 4176 manat məbləğində pul və 28,63 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməlidir.Ödənilmiş dövlət rüsumu 1,37 manatı iddiaçı X3 aid edilməlidir.İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 4,57 manatı X1 və 95,43 manatı X4 və X6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi icraata 05.01.2022-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021-021 nömrəli, 06.10.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, ünvan 1 ünvanında yaşayan X7 polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsi dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydada tələbin könüllü icrası borclu tərəfindən həyata keçirilməmiş, görülmüş icra tədbirləri nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunu 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə borclunun icra sənədini könüllü icra etməməsini, eləcə də icra orqanına gəlmək barədə icra məmurunun tələblərini yerinə yetirməməsini nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021-021 nömrəli, 06.10.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, ünvan 1 ünvanında yaşayan X2 Səkinə Xalıq qızınun polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilmə növündə məcburiyyət tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-643/2021-021 nömrəli, 06.10.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, ünvan 1 ünvanında yaşayan X10 məcburi qaydada Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar