Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-170/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Mirzəyev Fikrət Xasay оğlunun sədrliyi, X5 oğlunun kаtibliyi ilə Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1261/2021 saylı 10.03.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Nizami rayon İcra Şöbsəinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nizami rayon İcra Şöbsəinin icra məmuru Əlihüseyn Aslanov Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1261/2021 saylı 10.03.2021-ci il il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1261/2021 saylı 10.03.2021-ci il il tarixli icra sənədinə əsasən Borcludan iki uşağın saxlanması üçün hər ay cəmi 310 manat alimentin tutularaq X2 verilməsi qərara alınmışdır.İcra sənədi icraata daxil olmuş və qanunamüvafiq qaydada 17.01.2022-ci il tarixli qərarla icraata başlanılmışdır. İcra zamanı Borclu məxsus “Vaz-21074” markalı **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Məhkəmənin 8(007)- 272/2021 saylı,13.09.2021-ci il tarixli qərardadı ilə həmin navtomobilin üzərinə həbs qoyulmuşdur.Sonradan borclunun izahatı alınarkən borclu sözügedən avtomobilin rəsmiyyətdə onun adından qeydiyyatdan keçdiyini,həmin avtomobilin heç bir vaxt onun sərəncamında olmadığını və hal-hazırda avtomobilin kim tərəfindən idarə olunduğunu bilmədiyini qeyd etmişdir.Tələbkar X3 avtomobilin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq həmin avtomobilin üzərinə həbs qoyulması məhkəmədən xahiş olunmuşdur. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə tələbkarın əmlak üzərindən həbsin götürülməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki,təqdimat təmin olunmalı, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1261/2021 saylı 10.03.2021-ci il il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus“Vaz-21074” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhər Nizami rayon məhkəməsinin 8(007)-272/2021 saylı,13.09.2021-ci il tarixli qərardadı ləğv olunsun. Borclu məxsus “Vaz-21074” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(007)-170/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-170/2022
26.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver