Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-171/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu Şixəli oğlunun məcburi gətirilməsi barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-673/2022 saylı, 05.04.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 02.10.2012-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün 10.01.2022-ci il tarixdən başlayaraq hər ay onun hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icraata 07.04.2022-ci il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə Borclu icra sənədində qeyd edilən ünvana ünvan 1ılı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayman Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakıın təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 673/2022 saylı, 05.04.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu, Borclu Şixəli oğlunun polis orqanı vasitəsi ilə Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar borclunun öhdəliklərini yerinə yetirməməsini bildirərək təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimat vermiş icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmənin icra sənədi üzrə borclu olan Borclu Şixəli oğlu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də, həmin borclu barəsində məcburi gətirilmə tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-673/2022 saylı, 05.04.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1985-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Borclu Şixəli oğlu məcburi qaydada Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-171/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-171/2022
31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver