Məhkəmə qərarları › İş №8(007)-172/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-172/2023

01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-172/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Tələbkar və Borclu iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı böyük icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilinə, Qax rayonu, Qaşqaçay kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə, (ü/s-92,89 kv.m, y/s-39,33 kv.m.), Qax rayonu, Əmbərçay kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinə, “X4’' markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Azərbaycan Beynəlxalq Bankının Suraxanı Filialı”ndan çıxarılmış 10000 manat pulun yarısına, yəni 5000 manat hissəsinə Tələbkar və Borclu hər birinin payının ½ hissədə tanınması, ünvan 1 ünvanda yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və 86,4 kv.m olan fərdi yaşayış evinə Tələbkar ½ hissədə istifadə hüququnun tanınması qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Tahir Ağayev bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. İş üzrə tərəflər xx.xx.2023-cü il tarixli notariat qaydada barışıq sazişini şöbəyə təqdim etmişdilər. Həmin barışıq sazişinin məhkəmə qaydada təsdiq olunması ilə bağlı müvafiq qərar qəbul olunması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsinə və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsinə və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Təqdimat vermiş icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Tələbkar ilə Borclu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən qarşılıqlı razılığa gələrək Bakı şəhəri 30 saylı notariat ofisində barışıq sazişi bağlamışlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzilinə, Qax rayonu, Qaşqaçay kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə, (ü/s-92,89 kv.m, y/s-39,33 kv.m.), Qax rayonu, Əmbərçay kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinə, “X4’' markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “Azərbaycan Beynəlxalq Bankının Suraxanı Filialı”ndan çıxarılmış 10000 manat pulun yarısına, yəni 5000 manat hissəsinə Tələbkar və Borclu hər birinin payının 1/2 hissədə tanınması, ünvan 1 ünvanda yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və 86,4 kv.m olan fərdi yaşayış evinə Tələbkar 1/2 hissədə istifadə hüququnun tanınması qət edilmişdir. Həmin icra sənədi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası mərhələsində tərəflər aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Tələbkar ilə Borclu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Tələbkar ilə Borclu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 30 saylı Notariat ofisində aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin:

1. Bu sazişlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən birlikdə tərəflər adlanan, Birinci Tərəf- Tələbkar və İkinci Tərəf- Borclu arasında bölünməli olan əmlaklar barədə aşağıdakı razılığa gəlirlər: 1.1. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 saylı mənzili icra vərəqəsində göstərilən qaydada tərəflər arasında ½ nisbətdə (Hissədə) bölünür. 1.2. Qax rayonu, Qaşqaçay kəndində 2 otaqlı fərdi yaşayış evi və 0.2 ha həyətyanı torpaq sahəsi (əmlakın reyestr nömrəsi- **********32-10301) Borclu tam mülkiyyətinə keçir. Tələbkar həmin əmlakı Borclu adına bu Saziş bağlandığından 1 ay ərzində rəsmiləşdirməyi (bağışlamağı) öhdəsinə götürür. 1.3. Qax rayonu, Əmbərçay kəndində yerləşən 0.29 ha torpaq sahəsi (əmlakın reyestr nömrəsi- **********46) X1 tam mülkiyyətinə keçir. Tələbkar torpaq sahəsini Borclu adına 1 ay ərzində rəsmiləşdirməyi (bağışlamağı) öhdəsinə götürür. 1.4. Borclu "X4" markalı, 90-KV-S50 nömrə nişanlı avtomobilə ½ pay hüququ ilə Tələbkar "ABB Suraxanı Filialından" çıxarılmış 10.000 manatın ½ hissədəki pay hüququ və ünvan 2 ünvanında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə və 86.4 kv.m olan fərdi yaşayış evinə onun ½ hissəsinə istifadə hüququ qarşılıqlı əvəzləşdirilir. ünvan 2 ünvanda yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi Tələbkar tərəfindən Borclu adına rəsmiləşdirilir (bağışləma qaydasında), 86.4 kv.m. olan fərdi yaşayış evi isə Borclu mülkiyyətində qalır. Birinci tərəf- Tələbkar həmin evə istifadə, hüququndan imtina edir və torpaq sahəsini İkinci Tərəf- Borclu adına 1 həftə ərzində rəsmiləşdirməyi (bağışlamağı) öhdəsinə götürür. 1.5. Qasımova X2 Bələdiyyəsi ərazisində 26 may 2006-cı il tarixli, 761 saylı müqavilə ilə əldə olunmuş, 7011 nömrəli torpaq sahəsinə və evə dair iddiadan və istifadə hüququndan imtina edir.

2. Bu Saziş birtərəfli qaydada ləğv oluna bilməz. Tərəflərdən birinin Sazişin bir və ya bir neçə maddəsini pozması və riayət etməməsi halında Saziş qüvvədən düşür.

3. Cari Sazişin icrası zamanı tərəflər arasında meydana çıxan bütün mübahisələr qarşılıqlı danışıqlar aparmaq yolu ilə həll edilir. Qarşılıqlı anlaşma yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə vasitəsilə həll edilir. 4 Bu müqavilə eyni hüquqi güvəyə malik üç nüsxədən ibarət tərtib olunmuşdur, onlardan biri Bakı şəhəri 30 saylı notariat ofisinin işlərində saxlanılır, dıgərləri isə tərəflərə verilir.

5. Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri tərəflərə izah olundu.

6. Müqavilənin notariat ofisində rəsmiləşdirilməsi xərclərini "İkinci Tərəf' ödəyir. Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar