Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-172/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Borclu, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsi icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(007)-511/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nizami rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(007)- 511/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə Borclu müştərək qaydada cəmi 3039,42 (üç min otuz doqquz manat, qırx iki qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icraata xx.xx.2023-cı il tarixlərdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və heç bir münasibət bildirilməmişdir. Məlum icra sənədinin icrası məqsədi ilə borcluya məxsus ünvana baxış keçirilmiş və Borclu icra sənədində qeyd edilən ünvana ünvan 1ə yazılı olaraq xəbərdarlıq göndərilmiş, lakin qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə icra sənədinin icrasından qərəzli olaraq yayınan Borclu inzibati xəta haqqında protokolun tərtibində iştrakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında icra sənədi üzrə Borclu izahat verərək bildirdi ki, o, icra məmurunun çağırışlarından yayınmır. İki dəfə icra şöbəsində olub. Hazırda əsas borclunun əmək haqqında hər ay 500 manat tutulmaqla icra sənədinin icrası təmin edilir. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun və icra məmurunun izahatlarını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Hazırkı halda, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınmasını təsdiq və sübut edən hər hansı sənəd verilmiş təqdimata əlavə edilmədiyindən və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmçinin borclu könüllü şəkildə məhkəmə iclasına gəldiyindən, məhkəmə hesab edir ki, icra məmurunun həmin borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməli, icra məmuru tərəfindən icraatındakı olan icra sənədi üzrə qanunla müəyyən olunmuş təsirli icra tədbirləri həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininin 2(008)-511/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-172/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-172/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver