Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-175/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, X1 iştirakı ilə, X1 “qətnamənin icra üsulunun dəyişdirilməsi”nə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2103/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən əmək haqqının 20%-i məbləğində pul tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən tərəflər:
2. Məhkəmə iclasında iştirak edən X2 ərizə verərək ərizənin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
4. Məhkəmə işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi:
5. Məhkəmə ərizənin baxılmadan geri qaytarılması barədə ərizəni tədqiq edərək hesab edir ki, X1 “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsi baxılmadan geri qaytarılmalıdır.
Nəticə:
6. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
X1 “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova