Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-176/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin e-2(007)-1990/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 24046 manat borc torpaq sahəsinə yönəldilməsi məqsədilə Borclu məxsus Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 1.0953, torpağın sahəsi 1.0953 əkin növü, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.12, torpağın sahəsi 0.12 həyətyanı, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.30, torpağın sahəsi 0.30 həyətyanı torpaq sahələrinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nizami Rayon İcra Şöbəsinin icraatına daxil olmuş Nizami Rayon Məhkəməsinin e-2(007)- 1990/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular Borclu, X1, X3 və X2 müştərək qaydada 16538.75 manat məbləğində əsas borc, 7156.14 manat faiz borcu, 9.92 manat məbləğində cərimə borcu, 179.40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 23884.21 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 161.65 manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2022-ci il tarixdə icra sənədləri üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə Borclu məxsus Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 1.0953, torpağın sahəsi 1.0953 əkin növü, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.12, torpağın sahəsi 0.12 həyətyanı, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.30, torpağın sahəsi 0.30 həyətyanı, aşkar edilmişdir. İcra sənədinin icrası ilə Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, banka borcu vardır. İmkanı olmadığı üçün ödəyə bilməmişdir. İşləmirdi indi işləri düzəlib və ödəniş edir. Borcu ödəməkdən yayınmır hissə-hissə ödəyəcək. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1990/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu, X1, X3 və X2 müştərək qaydada 16538.75 manat məbləğində əsas borc, 7156.14 manat faiz borcu, 9.92 manat məbləğində cərimə borcu, 179.40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 23884.21 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 161.65 manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulması qət edilmişdir. -Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 1990/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 1990/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. -11 aprel 2023-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 1.0953, torpağın sahəsi 1.0953 əkin növü, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.12, torpağın sahəsi 0.12 həyətyanı, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.30, torpağın sahəsi 0.30 həyətyanı torpaq sahələri vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu tələbkar Amrahbank” ASC-yə 24045.86 manat borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına torpaq sahələrinin qeydə alındığı aşkar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus olan Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 1.0953, torpağın sahəsi 1.0953 əkin növü, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.12, torpağın sahəsi 0.12 həyətyanı, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.30, torpağın sahəsi 0.30 həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1990/2022-012 saylı, xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat verilsə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1990/2022-012 saylı, xx.xx.2022ciil tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 1.0953, torpağın sahəsi 1.0953 əkin növü, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.12, torpağın sahəsi 0.12 həyətyanı, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.30, torpağın sahəsi 0.30 həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-176/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-176/2023
17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver