Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-179/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-953/2021 saylı, 23.07.2021-ci il tarixli icra sənədi üzrə borcluların əmlakı üzərinə həbs qoyulması haqqında Bakı Şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-953/2021 saylı, 23.07.2021-ci il tarixli icra sənədi üzrə borcluların əmlakı üzərinə həbs qoyulması haqqında Bakı Şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-953/2021 saylı, 23.07.2021-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada 02.07.2019-cu il tarixli RPF-00415-16/19A saylı kredit müqaviləsi üzrə 06.11.2020-ci il tarixinə ödənilməmiş 8174.44 manat əsas borc,102.91 manat faiz borcu,cəmi 8277.35 manat borc və 30 manat dövlət rüsumu Bank "xxxx"ASC-nin xeyrinə tutulması qərara alınmışdır.İcra sənədi 19.10.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya göndərilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borcluların ünvanına göndərilmişdir.Lakin borclular icra sənədinin icrasını təmin etməmişlər. Belə olan halda borcun tutulmasının təmin olunması üçün borclulara məxsus tələbin onların əmlakına yönəldilməsinə zərurət yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə olunan sorğu məlumata əsasən müəyyən olunmuşdur ki,Borclu adına “VAZ 21063 minik” ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-953/2021 saylı, 23.07.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına “VAZ 21063 minik” ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq,borclular, tələbkarın nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-953/2021 saylı, 23.07.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21063 minik” ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-953/2021 saylı, 23.07.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 21063 minik” ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(007)-179/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-179/2022
27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver