Məhkəmə qərarları › İş №8(007)-179/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-179/2023

01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-179/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 15979,22 manat məbləğində borc pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmuşdur İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmışdır. İcra zamanı borcluya borc tələbin icrası haqqında qərar və bildiriş göndərilmiş, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilməmişdir. İcra hərəkətləri davam etdirilən zaman tələbkar “Atəşgah Sığorta Şirkəti" ASC şöbəyə ərizə ilə müraciət edərək Borclu məxsus əmlaklar üzərinə həbs qoyulması və tələbin təmin olunmasını xahiş etmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, ona məxsus bir neçə mənzil aşkar edilmiş, tələbkar tərəfin tələbinin təmin edilməsi məqsədi ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 94V saylı ev, 44 saylı mənzilin üzərinə həbs qoyulamsı zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Borclu məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 94V saylı evin, 44 saylı mənzilinin üzərinə həbs qoyulması və hərrac vasitəsil satılaraq borc pul vəsaitinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 94V saylı, 44 saylı mənzil vardır. Məhkəmə hesab edir ki, mənzilin üzərinə həbs qoyulmalı, təqdimatda qeyd olunan digər məsələlər icra tədbiri çərçivəsində həyata keçirilməli olduğundan təqdimat qalan hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı qismən təmin edilməli, Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 94V, 44 saylı mənzilin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 94V, 44 saylı mənzilin üzərinə üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar