Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-179/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Tələbkar Fı̇ rudin qızının iştirakı ilə, İddiaçı Tələbkar Fı̇ rudin qızının cavabdehlər İbrahı̇ mov Şamo Kərı̇ m oğluna və İbrahı̇ mzadə Elvı̇ n Şamo oğluna qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli e-2(007)-376/2023 saylı qətnaməsinin izah edilməsi barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli e- 2(007)-376/2023 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir.
2. İddiaçı Tələbkar Fı̇ rudin qızı cavabdehlər İbrahı̇ mov Şamo Kərı̇ m oğluna və İbrahı̇ mzadə Elvı̇ n Şamo oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyaları olan damla formalı kulon (üstü Allah yazısı)-750 prob. 7q-mehr üçün-350 AZN, gümüş zinət əşyaları (özü aldığı) 925 prob, 10q-80 AZN, qonaq otağı mebeli (kamod, servant, TV altı, stol və 8 ədəd stul); yataq otağı (yataq, şifoner, güzgülü stol, stul, 2 tumba)- iki mebel dəsti birlikdə-4500 AZN; mətbəx mebeli-2000 AZN; aspirator (mətbəxt üçün)-180 AZN; qaz peçi -350 AZN; elektrik peçi- 200 AZN; paltaryuyan maşın-950 AZN; ətçəkən maşın-150 AZN; şirəçəkən maşın- 80 AZN; tozsoran (Samsung)-240 AZN; ütü (Philips)-80 AZN; mikser-150 AZN; sitrus sıxacağı -50 AZN; elektrik çaydanı- 60 AZN; qazan dəsti (mətbəxtdə işlədilən)-450 AZN; çəngəl-bıçaq dəsti (mətbəxdə)-50 AZN; tərəzi-25 AZN; boşqab dəsti (mətbəxtdə işlədilən 24 ədəd) -50 AZN; çay dəsmalı 24 ədəd - 1 2 0 AZN; fincan, çaydan dəsti - 60 AZN; nikel çaydan, qazan dəsti -200 AZN; süfrə 6 ədəd - 480 AZN; pərdə 4 ədəd - 600 AZN; xalça (2 böyük qonaq, 2 kiçik yataq otağı üçün, 2 kiçik mətbəxt üçün) - 3000 AZN; yataq örtüyü 4 ədəd (qırmızı, yaşıl, 2 ədəd qəhvəyi) -600 AZN: yorğan 3 ədəd (2 tək, 1 iki nəfərlik) -300 AZN; döşək 1 ədəd (2 nəfərlik) -200 AZN; yastıq 8 ədəd -250 AZN; yataq dəstləri 5 ədəd -400 AZN; xrustal qab dəsti (servantda) -300 AZN; nahar dəsti; boşqab 12 nəfərlik 36 ədəd, Şorba qabı-600AZN; çəngəl-bıçaq-qaşıq dəsti-180 AZN; çanta içində bıçaq dəsti-100 AZN; stəkan, bakal dəsti, qrafin-250 AZN; qəhvəyi güldan dəsti-250 AZN; çəhrayı böyük güldan-80 AZN; pike yay yorğanı dəsti 3 ədəd -120 AZN; bogema bokal dəsti-120 AZN; xrustal qrafin+bokal dəsti- 120 AZN; kofe dəsti - 200AZN; çay dəsti - 1 2 0 AZN; şirniyyat qabı dəsti-100 AZN; şamdan 2 ədəd-40 AZN; xrustal armudu stəkan dəsti, böyük dəst-90 AZN; nəlbəki dəsti (2 ədəd) -50 AZN; çuqun dəst (qazanlar + aşsüzən)-120 AZN; kənarı gümüş işləməli nəlbəki, boşqab, limonluq dəsti-150 AZN; dəsmal dəsti-100 AZN; şəxsi əşyaları və uşağa aid əşyalar: palto-250 AZN; ayaqqabı, çəkmə-120 AZN; plaş (qəhvəyi dəri, boz, qara) -350 AZN; çanta -50 AZN; digər geyimlər; şəxsi şəkil albomları və diskdə şəkillər, qızına aid geyimlər, şəkillər, CD və DVD disklərin surətləri, cəmi 20065 manat dəyərində ona məxsus cehiz, şəxsi əşyalarının və uşağa aid əşyaların, həmin əşyalar olmadıqda onların siyahıda göstərilən dəyərinin məcburi olaraq müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-376/2023 saylı, xx.xx.2029-cü il tarixli icra sənədinə əsasən, qızıl-zinət əşyaları olan damla formalı kulon (üstü Allah yazısı)-750 prob. 7q-mehr üçün-350 AZN, gümüş zinət əşyaları (özü aldığı) 925 prob, 10q-80 AZN, qonaq otağı mebeli (kamod, servant, TV altı, stol və 8 ədəd stul); yataq otağı (yataq, şifoner, güzgülü stol, stul, 2 tumba)- iki mebel dəsti birlikdə-4500 AZN; mətbəx mebeli-2000 AZN; aspirator (mətbəxt üçün)-180 AZN; qaz peçi -350 AZN; elektrik peçi- 200 AZN; paltaryuyan maşın-950 AZN; ətçəkən maşın- 150 AZN; şirəçəkən maşın- 80 AZN; tozsoran (Samsung)-240 AZN; ütü (Philips)-80 AZN; mikser-150 AZN; sitrus sıxacağı -50 AZN; elektrik çaydanı- 60 AZN; qazan dəsti (mətbəxtdə işlədilən)-450 AZN; çəngəl-bıçaq dəsti (mətbəxdə)-50 AZN; tərəzi-25 AZN; boşqab dəsti (mətbəxtdə işlədilən 24 ədəd) -50 AZN; çay dəsmalı 24 ədəd - 1 2 0 AZN; fincan, çaydan dəsti - 60 AZN; nikel çaydan, qazan dəsti -200 AZN; süfrə 6 ədəd - 480 AZN; pərdə 4 ədəd - 600 AZN; xalça (2 böyük qonaq, 2 kiçik yataq otağı üçün, 2 kiçik mətbəxt üçün) - 3000 AZN; yataq örtüyü 4 ədəd (qırmızı, yaşıl, 2 ədəd qəhvəyi) -600 AZN: yorğan 3 ədəd (2 tək, 1 iki nəfərlik) -300 AZN; döşək 1 ədəd (2 nəfərlik) -200 AZN; yastıq 8 ədəd -250 AZN; yataq dəstləri 5 ədəd -400 AZN; xrustal qab dəsti (servantda) -300 AZN; nahar dəsti; boşqab 12 nəfərlik 36 ədəd, Şorba qabı-600AZN; çəngəl-bıçaq-qaşıq dəsti- 180 AZN; çanta içində bıçaq dəsti-100 AZN; stəkan, bakal dəsti, qrafin-250 AZN; qəhvəyi güldan dəsti-250 AZN; çəhrayı böyük güldan-80 AZN; pike yay yorğanı dəsti 3 ədəd -120 AZN; bogema bokal dəsti-120 AZN; xrustal qrafin+bokal dəsti-120 AZN; kofe dəsti - 200AZN; çay dəsti - 1 2 0 AZN; şirniyyat qabı dəsti-100 AZN; şamdan 2 ədəd-40 AZN; xrustal armudu stəkan dəsti, böyük dəst-90 AZN; nəlbəki dəsti (2 ədəd) -50 AZN; çuqun dəst (qazanlar + aşsüzən)-120 AZN; kənarı gümüş işləməli nəlbəki, boşqab, limonluq dəsti-150 AZN; dəsmal dəsti-100 AZN; şəxsi əşyaları və uşağa aid əşyalar: palto-250 AZN; ayaqqabı, çəkmə-120 AZN; plaş (qəhvəyi dəri, boz, qara) -350 AZN; çanta -50 AZN; digər geyimlər; şəxsi şəkil albomları və diskdə şəkillər, qızına aid geyimlər, şəkillər, CD və DVD disklərin surətləri cavabdehlər X5 və X3 alınaraq Tələbkar təhvil verilməsi qərara alınmışdır. Görülmüş məcburi icra tədbirləri nəticəsində, icra sənədində qeyd olunmuş bütün mübahisəli əşyalar, o cümlədən “CD və DVD” disklərin surətləri Tələbkar qaytarılmışdır. Sonrakı müddət ərzində, Tələbkar xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, təhvil aldığı “CD və DVD” disklərə keçirdiyi baxış zamanı “disklərin boş olduğunu, qızına aid şəkil və videoların olmadığını” bildirmişdir. Tələbkar tərəfindən qeyd olunmuş CD və DVD disklərin surətlərinin içərisində olan məlumatlar, məhkəmə tərəfindən verilmiş icra sənədində öz əksini tapmamışdır.
İş materialları:
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli e-2(007)- 376/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, qızıl-zinət əşyaları olan damla formalı kulon (üstü Allah yazısı)-750 prob. 7q-mehr üçün-350 AZN, gümüş zinət əşyaları (özü aldığı) 925 prob, 10q-80 AZN, Cehiz əşyaları: qonaq otağı mebeli (kamod, servant, TV altı, stol və 8 ədəd stul); yataq otağı (yataq, şifoner, güzgülü stol, stul, 2 tumba)- iki mebel dəsti birlikdə-4500 AZN; mətbəx mebeli-2000AZN; aspirator (mətbəxt üçün)-180 AZN; qaz peçi -350 AZN; elektrik peçi- 200 AZN; paltaryuyan maşın-950 AZN; ətçəkən maşın-150AZN; şirəçəkən maşın- 80 AZN; tozsoran (Samsung)-240 AZN; ütü (Philips)-80 AZN; mikser-150 AZN; sitrus sıxacağı -50 AZN; elektrik çaydanı- 60 AZN; qazan dəsti (mətbəxtdə işlədilən)-450 AZN; çəngəl-bıçaq dəsti (mətbəxdə)-50 AZN; tərəzi-25 AZN; boşqab dəsti (mətbəxtdə işlədilən 24 ədəd) -50 AZN; çay dəsmalı 24 ədəd - 1 2 0 AZN; fincan, çaydan dəsti - 60 AZN; nikel çaydan, qazan dəsti -200 AZN; süfrə 6 ədəd - 480 AZN; pərdə 4 ədəd - 600 AZN; xalça (2 böyük qonaq, 2 kiçik yataq otağı üçün, 2 kiçik mətbəxt üçün) - 3000 AZN; yataq örtüyü 4 ədəd (qırmızı, yaşıl, 2 ədəd qəhvəyi) -600 AZN: yorğan 3 ədəd (2 tək, 1 iki nəfərlik) -300 AZN; döşək 1 ədəd (2 nəfərlik) -200 AZN; yastıq 8 ədəd -250 AZN; yataq dəstləri 5 ədəd -400 AZN; xrustal qab dəsti (servantda) -300 AZN; nahar dəsti; boşqab 12 nəfərlik 36 ədəd, Şorba qabı-600AZN; çəngəl-bıçaq-qaşıq dəsti- 180 AZN; çanta içində bıçaq dəsti-100 AZN; stəkan, bakal dəsti, qrafin-250 AZN; qəhvəyi güldan dəsti-250 AZN; çəhrayı böyük güldan -80 AZN; pike yay yorğanı dəsti 3 ədəd -120 AZN; bogema bokal dəsti-120 AZN; xrustal qrafin+bokal dəsti-120 AZN; kofe dəsti - 200AZN; çay dəsti - 1 2 0 AZN; şirniyyat qabı dəsti-100 AZN; şamdan 2 ədəd-40 AZN; xrustal armudu stəkan dəsti, böyük dəst-90 AZN; nəlbəki dəsti (2 ədəd) -50 AZN; çuqun dəst (qazanlar + aşsüzən)-120 AZN; kənarı gümüş işləməli nəlbəki, boşqab, limonluq dəsti-150 AZN; dəsmal dəsti-100 AZN; şəxsi əşyaları və uşağa aid əşyalar: palto-250 AZN; ayaqqabı, çəkmə-120 AZN; plaş (qəhvəyi dəri, boz, qara) -350 AZN; çanta -50 AZN; digər geyimlər; şəxsi şəkil albomları və diskdə şəkillər, qızına aid geyimlər, şəkillər, cavabdehlər X5 və X3 alınaraq Tələbkar təhvil verilməsi qət edilmişdir.
5. 29 fevral 2024-cü il tarixli aktdan görünür ki, icra sənədində qeyd olunan CD və DVD disklərin surətlərindən başqa qalan əşyalar aşkar edildi. Tələbkar təhvil verildi.
6. 15 may 2024-cü il tarixli ərizənin surətindən görünür ki, Tələbkar xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, təhvil aldığı “CD və DVD” disklərə keçirdiyi baxış zamanı “disklərin boş olduğunu, qızına aid şəkil və videoların olmadığını” bildirmişdir.
İşdə iştirak edən tərəflər:
7. Məhkəmə iclasında iştirak edən Tələbkar Fı̇ rudin qızı ərizənin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş icra məmuru və borclular məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə icra məmurunun və borcluların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə ərizəni, 01 mart 2023-cü il tarixli e-2(007)-376/2023 saylı nömrəli qətnaməni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, qətnamənin izah edilməsinə dair ərizə təmin edilməlidir.
11. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Tələbkar Fı̇ rudin qızı cavabdehlər İbrahı̇ mov Şamo Kərı̇ m oğluna və İbrahı̇ mzadə Elvı̇ n Şamo oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi təmin edilmişdir.
12. Göründüyü kimi qətnamədə “şəxsi şəkil albomları və diskdə şəkillər, qızına aid geyimlər, şəkillər, CD və DVD disklərin surətləri” qeyd edilsə də CD və DVD disklərin nədən ibarət olması ətraflı qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qətnaməyə bu hissədə izah verilməlidir.
13. İddia ərizəsindən və qətnamədən görünür ki, tələbkarın şəxsi şəkilləri olan CD disk və qızına aid CD və DVD disklər tələb olunur. Tələbkar özünə aid CD diskdə onun şəxsi şəkilləri, övladına aid olan CD və DVD disklərlərdə isə uşağın doğulduğundan 1 yaşına kimi olan şəkillər, DVD diskdə isə uşağın doğulduqdan sonra xəstəxana çıxışı, bayramlar və ad günündə çəkilmiş video görüntülər nəzərdə tutulur.
14. Məhkəmə qanunvericiliyin tələbinə əsasən, hazırki işə münasibətdə qeyd edir ki, CD və DVD disklərdə nə olmasını müəyyən etmək qətnamənin məzmununun dəyişdirilməsi demək deyil. Qətnamə icraya yönəldilsə də CD və DVD disklərin surətləri dedikdə hansı CD və DVD disklər qeyd edildiyi aydın olmadığından icra məmuru icra edə bilmədiyi üçün qətnamənin izah edilməsi mümkündür. Həmçinin bu tərəflərin mənafeyinə uyğun olmaqla yanaşı, icra hərəkətləri zamanı yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına, qətnamənin vaxtında icra edilməsinə xidmət etmiş olur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.
Nəticə:
16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli e-2(007)-376/2023 saylı nömrəli qətnaməsi ilə müəyyən olunmuş Tələbkar özünə aid CD diskdə onun şəxsi şəkilləri, övladına aid olan CD və DVD disklərlərdə isə uşağın doğulduğundan 1 yaşına kimi olan şəkillər, DVD diskdə isə uşağın doğulduqdan sonra xəstəxanadan çıxışı, bayramlar və ad günündə çəkilmiş video görüntülər olması izah verilməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Ərizə təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli e-2(007)- 376/2023 saylı nömrəli qətnaməsi ilə müəyyən olunmuş Tələbkar özünə aid CD diskdə onun şəxsi şəkilləri, övladına aid olan CD və DVD disklərlərdə isə uşağın doğulduğundan 1 yaşına kimi olan şəkillər, DVD diskdə isə uşağın doğulduqdan sonra xəstəxanadan çıxışı, bayramlar və ad günündə çəkilmiş video görüntülər olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova