Məhkəmə qərarları › İş №8(007)-182/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-182/2022

27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-182/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-259/2020 saylı,29 oktyabr 2020-ci il tarixli qərardadı ilə mənzilllərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı Şəhəri Nizami rayon İcra Şobəsinin icra məmuru Abusət Qasımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami rayon İcra Şobəsinin icra məmuru Abusət Qasımov təqdimatla məhkəməyə müraciət edərək borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 48 ədəd mənzillərinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayev Bakı şəhəri Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)- 1892/2019 saylı, 02.12.2019-cu il tarixli, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 920/2016 saylı, 25.04.2016-cı il tarixli və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-338/2017 saylı, 05.07.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə əmlakın üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)- 259/2020 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayevin təqdimatı təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)- 1892/2019 saylı, 02.12.2019-cu il tarixli, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 920/2016 saylı, 25.04.2016-cı il tarixli və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-338/2017 saylı, 05.07.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı mənzillərin üzərinə həbs qoyulmuşdur.Borclu "xxxx" MMC Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(007)-186/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 259/2020 saylı 29.10.2020-ci il tarixli tarixli qərardadından borclu İnşaat Konstruksiyaları MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, həmin qərardad ləğv olunmuş, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüş və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatı təmin olunmamışdır.Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Tahir Ağayev Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(007)-186/2021 saylı qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(007)-186/2021 saylı qərardadının icra sənədinin gələcəkdə təmin edilməsində çətinlik yaradacağını nəzərə alaraq həmin qərardadın ləğv edilməsini və borclunun əmlakları üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 8(007)-186/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin şikayəti qismən təmin edilərək, borclu "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı mənzillərin üzərinə həbs qoyulmasına dair məhkəmənin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadının ləğv edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2021ci il tarixli, 8(007)-186/2021 saylı qərardadı ləğv edilmişdir.Bundan sonra məhkəmə borclu "xxxx" MMC tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadından vermiş olduğu şikayəti, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 8(007)-186/2021 saylı qərardadı ilə təmin olunmamış, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-397/2021 saylı, 01 sentyabr 2021ci il tarixli qərardadı ilə, borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 8(007)-259/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə,borclu "xxxx" MMC məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 48 ədəd mənzillərinin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-259/2020 saylı,29 oktyabr 2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.Qeyd olunan mənzillərin üzərində həbsin qalması icra sənədinin icra olunması istiqamətində əhəmiyyətsiz olmuşdur.Belə ki, üzərinə həbs qoyulmuş mənzillər başqa şəxslərin mülkiyyətindədir.Ona görə də Bakı şəhəri ləğv olunmalı həmin qərardadla üzərinə həbs qoyulmuş mənzillər üzərindən həbs götürülməlidir. Məhkəmə təqdimatı iş materialları ilə araşdıraraq hesab edir ki,təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş çıxarışlardan görünür ki, Nizami Rayon Məhkəməsinin 8(007)-259/2020 saylı,29 oktyabr 2020-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş bütün mənzillər 3-cü şəxslərin mülkiyyətindədir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-259/2020 saylı,29 oktyabr 2020-ci il tarixli qərardadı ləğv olunsun. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 2, 5 saylı evin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Nizami Rayon İcra və Probasiya Şöbəsinə,eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər 1 Saylı Ərazi İdarəsinə həvalə olunsun. Qərardaddan 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar