Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-184/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3520/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1530.40 manat məbləğində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə Borclu məxsus “VAZ 21074” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən tərəflər:
2. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin rəisi, ədliyyə müşaviri Rəşad Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək təqdimatın baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
4. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi:
5. Məhkəmə təqdimatın baxılmadan geri qaytarılması barədə ərizəni tədqiq edərək hesab edir ki, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatı baxılmadan geri qaytarılmalıdır.
Nəticə:
6. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı: Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova