Məhkəmə qərarları › İş №8(007)-185/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-185/2023

01.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-185/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Borclu iştirakı ilə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu birgə nikahdan dünyaya gəlmiş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər hər uşaq üçün 155 manat olmaqla, ümumilikdə 310 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova Borclu məcburi gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən – ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir, nəticədə 7000 aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatla razılaşmadığını bildirdi və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, izahat verərək göstərdi ki, fəhləlik edir. O, icraya çağırış vaxtı getmiş, 2022-ci ildən bəri 700 manat ödəniş etmişdir. Hal-hazırda borcu çoxdur. O, övladlarına nə lazımdırsa yardım edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məhkəmə iclasında iştirak etmiş və izahat verərək göstərmişdir ki, o, icra məmurunun çağırışlarına getmişdir və borcunu ödəməkdən boyun qaçırmır. Belə olan halda, məhkəmə, borclunun məhkəmə iclasında iştirakını və verdiyi izahatını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar