Məhkəmə qərarları › İş №8(007)-193/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-193/2023

08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-193/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı böyük icra məmuru Tahir Ağayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu ilə X2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, “Hyunday Sonata”markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə nəticəsində əldə edilmiş hüquqi nəticələrin (X1 verilmiş qeydiyyat şəhadətnaməsi) ləğv edilməsi, Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 20 saylı evin 36 saylı mənzilinə və “Hyunday Sonata” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə payların Tələbkar payı ½ hissədə, Borclu payı ½ hissədə müəyyən olunması qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Tahir Ağayev bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1568/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. İş üzrə tərəflər xx.xx.2022-ci il tarixli notariat qaydada barışıq sazişini şöbəyə təqdim etmişdirlər. Həmin barışıq sazişinin məhkəmə qaydada təsdiq olunması ilə bağlı müvafiq qərar qəbul olunması üçün məhkəməyə göndərilmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Borclu ilə Tələbkar xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən qarşılıqlı razılığa gələrək Bakı şəhəri 15 saylı notariat ofisində barışıq sazişi bağlamışlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Borclu ilə X2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, “Hyunday Sonata”markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə nəticəsində əldə edilmiş hüquqi nəticələrin (X1 verilmiş qeydiyyat şəhadətnaməsi) ləğv edilməsi, Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 20 saylı evin 36 saylı mənzilinə və “Hyunday Sonata” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə payların Tələbkar payı ½ hissədə, Borclu payı ½ hissədə müəyyən olunması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası mərhələsində tərəflər aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Borclu ilə Tələbkar arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu ilə Tələbkar xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin:

1. Müqavilənin predmeti 1.1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən tərəflər qarşılıqlı razılaşmaya gələrək aşağıdakı məzmunda Saziş bağlayırlar. 1.2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 20 saylı evin 36 saylı mənzilinə və “Hyunday Sonata” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilə paylar aşağıdakı qaydada müəyyən olunmuşdur. Tələbkar payı ½ hissədə, Borclu payı ½ hissədə. 1.3. Tələbkar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1568/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 20 saylı evin 36 saylı mənzilinə və “Hyunday Sonata” markalı ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ona düşən ½ hissəsi paylardan Borclu xeyrinə imtina edir. 1.4. Saziş üç nüsxədən ibarət tərtib edildi, onlardan biri notariat ofisində saxlanılır, digərləri isə tərəflərə təhvil verilir. 1.5. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərcləri Borclu tərəfindən ödənildi. Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar