Məhkəmə qərarları › İş №8(007)-196/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-196/2022

28.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-196/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Mirzəyev Fikrət Xasay оğlunun sədrliyi, X8 kаtibliyi, X1, İcra məmuru Nümayəndə Zəyralı oğlunun iştirakı ilə Maraqlı şəxs icra məmuru Nümayəndə 06 may 2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarından tələbkar Sinayəddin Nəzirovun şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ЕTDİ: Maraqlı şəxs icra məmuru Nümayəndə 06 may 2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədinin icrası dayandırılmışdır. Tələbkar tələbkar Sinayəddin Nəzirov həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri,Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi uşaqların kimin yanında qalması və aliment tutulması hissəsində ləğv edilib. Həmin hissədə ilk iddia tələbi təmin edilib, qarşılıqlı iddia təmin olunmayıb. Nikah pozulduqdan sonra 26 fevral 2008-ci il təvəllüdlü X5 və 13 noyabr 2013-cü il təvəllüdlü X6 yaşamaq üçün X3 yanında saxlanılması,13 noyabr 2013-cü il təvəllüdlü X6 X4 alınaraq atası X3 himayəsinə verilməsi qət edilib.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4748/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, Nəzirova Gülzar Cavanşir qızının kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb. Qərar qəbul edildiyi andan qüvvəyə minib və icra edilməsi üçün Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilib.Lakin çox təəssüf hissi ilə bildirmək istəyir ki, məhkəmənin icra vərəqəsi indiyə kimi icra olunmayıb və 13 noyabr 2013-cü il təvəllüdlü X2 Gülzar Cavanşir qızından alınaraq ona verilməyib.Çünki, borclu Nəzirova Gülzar Cavanşir qızı bütün vasitələrdən istifadə edərək icra məmurunun qanuni tələblərinə məhəl qoymur, uşağı gizlədir, məhkəmə qərarının icrasına maneə törədir və ən əsası dövlətin adından çıxarılan qərarın icrasın təmin etmir. Halbuki, uşağın borcludan alınaraq ona verilməsi ən əsası uşağın mənafeyinə,sağlam inkişafına,sosial tərbiyəsinə,ictiami-fərdi əxlaqına uyğundur. Lakın uşağın anası yüngül həyat tərzi keçirən, əxlaqdan uzaq olan, tərbiyəsiz həyat tərzi yaşayan şəxsdir. Qız uşağının belə bir şəxsdə hələ də qalması uşağın tərbiyəsinə böyük təsir edir. Başa düşə bilmir ki, qüvvəyə minən məhkəmə qətnaməsi nə üçün məcburi şəkildə icra edilmir. O, qız uşağının fahişənin (bunu o demir,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü deyir) yanında yaşamasına heç vaxt razı ola bilməz.Bir daha bildirmək istəyir ki, uşağın anası Nəzirova Gülzar Cavanşir qızı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə (fahişəliyə cəlb etmə) təqsirli bilinərək ictimai işlər cəzasına məhkum edilib.Nəhayət, Nizami rayon İcra şöbəsi, Nizami rayon İcra Hakimiyyəti tərəfindən edilən qeyri rəsmi təzyiqdən sonra, Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanov xx.xx.2021-ci il tarixli qərarla "icra sənədinin qaytarılması barədə” qərar qəbul etdi.Tərəfindən Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun xx.xx.2021-ci il tarixli "icra sənədinin qaytarılması barədə" qərarın məhkəməyə şikayət verildi. Nizami rayon Məhkəməsinin 8(007)-323/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə, Maraqlı şəxs icra məmuru Nümayəndə Zəyralı oğlunun “icra sənədinin qaytarılması” barədə 07 sentyabr 2021-ci il tarixli qərarından tərəfimdən verilmiş şikayət təmin olunub, həmin qərar ləğv olunub və Maraqlı şəxs icraatında olan 8(007)-323/2021 iş üzrə icra hərəkətləri davam etdiriməsi tapşırılıb.Daha sonra Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanov qərəzli olaraq, Nizami rayon Məhkəməsinin 8{007)-323/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadından apellyasiya şikayəti verib.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegioyasının 8(103)-632/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 323/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilib, iş üzrə yeni qərardad qəbul edilib, Maraqlı şəxs “icra sənədinin qaytarılması" barədə 07 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunub və Maraqlı şəxs icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1721/2020 saylı 24 fevral 2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınıb.İcra işi yenidən icra edilməsi üçün Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun icraatına verilib. Lakin icra məmuru tərəfindən yenə də heç bir icra hərəkəti aparılmayıb.Daha sonra, iddiaçı Nəzirova Gülzar Cavanşir qızı ona qarşı “uşağın anada qalması” barədə əsassız iddia ilə məhkəməyə müraciət edib və iş hal-hazırda hakim Qumru Əliyevanın icraatındadır.Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanov dərhal xx.xx.2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərar qəbul etmişdir.Göründüyü kimi, Nizami rayon İcra şöbəsi bu məsələdə maraqlıdır və məhz əxlaqsız ananın maraqlarından çıxış edir, bütün vasitələrdən istifadə edərək məhkəmə qərarını icra etməməyə çalışırlar. Aşağıda qeyd etdiyi əsaslara görə hesab edir ki, Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun 06 may 2022-ci il tarixli "icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarı tamamilə qanunsuz və əsassız qərardır və ləğv edilməlidir.Belə ki,sözügedən qərar yeganə olaraq onunla əsaslandırılıb ki, cavabdeh X11 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra vərəqəsi üzrə iddia qaydasında mübahisə qaldırılıb.Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra vərəqəsi icra edilmədiyi təqdirdə, eyni zamanda uşağın atada qalmasını istisna edən hallar olmadığı təqdirdə və ən əsası qaldırılan iddianın uşağın ananın himayəsində qalması ilə bağlı olduğundan icraat dayandırıla bilməz."İcra haqqında” Azərbaycan Respublikası qanununun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə ("İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icraat dayandırılır.Qanunun tələbindən də göründüyü kimi, iddia qaydasında mübahisə qaldırdıqda icraatın dayandırılması qeyd edilib. Hazırki vəziyyətdə isə, qanuni qüvvəsini almış və 2 ildir ki, icra edilməyən məhkəmə qərarı icra edilmədiyi təqdirdə icraatın dayandırılması əsassızdır və dövlətin adından çıxarılan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1721/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra vərəqəsinin faktiki olaraq icrasına maneə yaratmaqdır.Daha sonra, onu da qeyd edir ki, Nizami rayon İcra şöbəsi tərəfindən sözügedən qərar ona rəsmi olaraq 18 may 2022-ci il tarixində təqdim edilib.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, şikayət təmin edilsin, Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyin Aslanovun 06 may 2022ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilsin. İcra məmuru Nümayəndə Zəyralı oğlu izahat verərək göstərdi ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-1721/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsaəsn xx.xx.2013-cü il təvəllüdlü X6 Nəzirova Gülzar Cavanşir qızından alınaraq atasının himayəsinə verilməsi qərara alınıb. Qətnamə üzrə verilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Maraqlı şəxsnə göndərilib və həmin tarixdə icraata qəbul edilərək məlumat üçün tərəflərə göndərilib. Bakı Apellyasiya məhkməsinin 2(103)-1721/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-cil il tarixli qərardaddan tələbkar şikayət ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə görə icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi qaydada dayandırılır.Qanundan göründüyü kimi belə olan halda icraatın dayandırılması məcburi xarakter daşıyır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.3-cü maddəsinə görə icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək icraat dayandırılır.İcra vərəqəsi üzrə borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmasını, eləcə də həmin iddia üzrə məhkəmə çəkişməsi davam etməsini nəzərə alınaraq tələbkar X7 tərəfindən verilmiş şikayətin rədd olunmasını xahiş edirəm. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin aşağıda sadalanan maddələrinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun aşağıda sadalanan maddələrinə əsasən: 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; İcra məmuru həmin qanunun 17.1.4-cü maddəsinə istinad etməklə icraatı dayandırmışdır.( icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə) Lakin icra məmuru nəzərə almamışdır ki,qeyd olunan tələbə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qəbul edilsə də bu günə qədər icra edilməmişdir. Borclu tərəfindən 2 ildən çox müddədə icra sənədinin icra edilməməsi İcra Haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan məsuliyyətə səbəb olur.Buna baxmayaraq icra məmuru qeyd olunan icra sənədi üzrə həmin qanunda nəzərdə tutulan vəzifələri icra etməmiş, borclunun yenidən məhkəməyə eyni tələblə müraciət etməsini əsas gətirərək icra sənədi üzrə icraatı dayandırmışdır. Məhkəmə qeyd olunanları, işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə Zəyralı oğlunun 06 may 2022-ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarı ləğv olunmalı, icra hərəkətləri davam etdirilməlidir. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 263, 264, 268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin olunsun. Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə Zəyralı oğlunun 06 may 2022ci il tarixli “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərarı ləğv olunsun. Bakı Apellyasiya məhkəməsinin 2(103)-1721/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar