Məhkəmə qərarları › İş №8(007)-20/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-20/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-20/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi Borclu mülkiyyətində olan “Kia K3 minik” markalı ** MX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar:

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu, müştərək qaydada cəmi 2733.35 manat kredit borcu tutularaq tələbkar "ABC- TELECOM’’ MMC-nin xeyrinə tutulsun. İcra sənədi icraata xx.xx.2024-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi elektron icra sistemində axtarış edilmiş və Borclu mülkiyyətində avtomobillər aşkar edilmişdir.

İşdə iştirak edən şəxslər:

3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş tələbkar "ABC- TELECOM’’ MMC-nin nümayəndəsi X1 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

5. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialları:

6.Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2023-ci il tarixli 03923873 nömrəli müqavilə üzrə 1119.68 manat əsas, 10 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 09392463 nömrəli müqavilə üzrə 1098.39 manat əsas, 10 manat cərimə və xx.xx.2023-cü il tarixli 10824146 nömrəli müqavilə üzrə 441.03 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 2684.10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar MMC-nin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49.25 manat məbləğində pul vəsaiti cavabdeh Borclu iddiaçı “ABC-Telecom" MMCnin xeyrinə tutulması qərara alınmışdır.

7. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

8. 19 fevral 2025-ci il tarixli “Elektron məhkəmə” informasiya sistemindən sorğu edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Kia K3 minik” markalı ** MX *** qeydiyyat nişanlı avtomobil vardır.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu 2733.35 manat məbləğində borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına “Kia K3 minik” markalı ** MX *** qeydiyyat nişanlı avtomobilin qeydə alındığı aşkar olunmuşdur.

Tətbiq edilən hüquq:

10. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir.

12. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus “Kia K3 minik” markalı ** MX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat versə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır.

Nəticə:

13. Yuxarıda sadalananlara əsasən təqdimat təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Kia K3 minik” markalı ** MX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3083/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “Kia K3 minik” markalı ** MX *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Baş Dövlət Yol Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar