Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-205/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Borclu və ərizəçi X6 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsi və qətnamənin icrasının veteranlıq təqaüdünə yönəldilməsinə dair X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X10 ilə Tələbkar arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 24 aprel 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 19 yanvar 2005-ci il tarixidə doğulmuş X3 və 23 dekabr 201 l-ci il tarixdə doğulmuş X7 anaları Tələbkar yanında qalması, X5 18 sentyabr 2018-ci il tarixdən başlayaraq, 19 yanvar 2005-ci il tarixdə doğulmuş X3 və 23 dekabr 201 l-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154.0 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub, Tələbkar ödənilməsi qət edilmişdir. X2 məhkəməyə ərizə ünvanlayaraq hazırki vaxta maliyyə vəziyyətinin çox ağır olduğundan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentə görə yığılan borcun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qətnamənin icrasını hər ay 80 manat veteranlığına görə aldığı təqaüdə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə üzrə İcra sənədi Abşeron Rrayon İcra şöbəsində iraata alınmışdır. Həmin qətnamə üzrə tələbkar ondan aliment tələbini etmədiyindən, eyni zamanda qeyd olunan qətnamənin mövcud olmasından ümumiyyətlə xəbəri olmadığından və tələbkar ilə bir evdə 2022-ci ilin dekabr ayına qədər uşaqları ilə birlikdə yaşadıqlarına görə aliment ödəməmişdir. Yasamal rayonu İcra şöbəsinin icraata başlama haqqında qərarı və bildirişi ona Abşeron rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən 15 mart 2023-cü il tarixdə imzası ilə qəbul etmişdir. O, Qarabağ müharibəsi qazisidir və işsizdir. Məşğulluq və işəgötürmə idarəsində qeydiyyatdadır. 80 manat veteranlığına görə təqaüd alır. Ona görə də alimentin ödənilməsini həyata keçirə bilmir. 05 aprel 2023-cü il tarixdə Abşeron rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən onun inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokola əsasən Abşeron rayon məhkəməsinin qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 10 gün müddətinə həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Hazırki vaxta maliyyə vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından yuxanda qeyd edilən qətnamənin icrasını hər ay 80 manat veteranlığına görə aldığı təqaüdə yönəldilməsini xahiş edir. Bütün bunlar ilə yanaşı, tələbkar 18 sentyabr 2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən də tələbkar ilə bir evdə 2022-ci ilin dekabr ayına qədər uşaqları ilə birlikdə yaşamışlar. Onun qazancı ailəsinə və uşaqlarına bir də evə aldıqları əşya və avadanlıqların banklara olan kreditlərinin ödənilməsinə xərclənib. Həmin dövrlərdə o, "xxxx" MTK-da mühafizə xidmətinin rəisi vəzifəsində işləmişdir. Əgər qazancı evə gəlməsəydi bu vaxta qədər tələbkar ondan alimenti qətnamə çıxan gündən tələb edərdi. Hansı ki, tələbkar alimentin ödənilməsi üçün bank kartına dair rekvizitləri 1 yanvar 2023-cü il tarixdə açdırmış və ona icraata başlama haqqında qərarı və bildirişi Abşeron rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən 15 mart 2023-cü il tarixdə imza ilə qəbul etdirmişdir. Qeyd olunan dövrlərdə ailəliklə birlikdə yaşamalarına dair qonşuların imzaları ilə təsdiq edilmiş ərizəni və hal-hazırda əskərlikdə olan oğlunun da imzası ilə təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında borclu və ərizəçi X10 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onun yoldaşı hakim Məzahir Sdıqovun vaxtında onun iştirakı olmadan gizli şəkildə ondan boşanmışdır. Halbuki, ona bu barədə məlumat verilməmişdir. 2021-ci ilin axırında boşanan zaman tələbkar aliment istəmədiyini bildirmiş, 2021-ci ilin oktyabr ayında baş məsləhətçiyə yaxınlanmış, bu zaman müəyyən olunmuşdur ki, onun aliment borcu vardır və həmin vaxt da qərarı götürmüşdür. Məhkəmə qərarından apellyasiya şikayəti vermiş, hakim İkram Şirinov ona hakim rəhmətə getdiyi üçün imtina etməsi barədə ərizə yazmasını bildimiş və ona təzyiq göstərmişdir. Tələbkar 2022-ci ildən 2023-cü ilədək aliment tələb etməmişdir. Hal-hazırda iş yeri yoxdur, 60 yaşı var, idmançıdır, lakin iş tapa bilmir. Onun oğlu hal-hazırda hərbi xidmət keçir. O, aliment ödəməkdən imtina etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə ilk öncə ərizənin “yığılan borcun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qətnamənin icrasını hər ay 80 manat veteranlığına görə aldığı təqaüdə yönəldilməsi” hissəsinə münasibətdə bildirir ki, qeyd olunanlar icra mərhələsində həll edilən məsələ olduğundan ərizə təmin edilməməlidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri məhkəmə qətnaməsinin hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Eyni zamanda bu barədə qərar qəbul edilərkən məhkəmə tərəfindən tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “hazırki vaxta maliyyə vəziyyətinin çox ağır olduğundan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentə görə yığılan borcun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qətnamənin icrasını hər ay 80 manat veteranlığına görə aldığı təqaüdə yönəldilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-205/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-205/2023
12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver