Məhkəmə qərarları › İş №8(007)-205/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-205/2024

12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-205/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev təqdimatla məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin e-2(007)-539/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1010.23 manat məbləğində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədilə Borclu məxsus “MERCEDES-BENZ” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar:

2. Təqdimat onunla əsaslandırılmışdır ki, 07.04 2023-cü il tarixdə Nizami Rayon İcra Şöbəsinin icraatına daxil olmuş Nizami Rayon Məhkəməsinin e-2(007)-539/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tutularaq “ABC TELECOM MMCnin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə borclu şəxs Borclu məxsus “MERCEDES-BENZ” minik markalı, ** DU *** avtomobil aşkar edilmişdir. Borclu dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq 1010.23 manat məbləğində borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir.

İşdə iştirak edən şəxslər:

3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş tələbkarın nümayəndəsi X1 təqdimatın təmin edilməsini xahiş etmişdir.

4. Tələbkarın nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, təqdimatın təmin edilməsini xahiş etmişdir.

5. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İş materialları:

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-539/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 510 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 420 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə, 980 manat borc və 30.23 manat ödənilmiş dövlət rüsumu cavabdeh Borclu alınaraq Tələbkarnə ödənilməsi qət edilmişdir.

8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 539/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

9. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 539/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur.

10. 05 avqust 2024-cü il tarixli “Elektron məhkəmə” informasiya sistemindən sorğu edilmiş çıxarışdan görünür ki, Borclu mülkiyyətində “MERCEDES-BENZ” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil vardır.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu 1010.23 manat məbləğində borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobillərin qeydə alındığı aşkar olunmuşdur.

Tətbiq edilən hüquq:

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir.

14. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözü gedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus ”MERCEDES-BENZ” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin 10 (on) gün müddətində icrası haqqında borcluya məlumat versə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır.

Nəticə:

15. Yuxarıda sadalananlara əsasən təqdimat təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-539/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “MERCEDES-BENZ” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-539/2023-006 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “MERCEDES-BENZ” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar