Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-207/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Tələbkar Alıyeva (Baxışova) Yeganə Selman qızının iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmuru Fəxrəddin Şahhüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. İcra zamanı borcluya borc tələbin icrası haqqında qərar və bildiriş göndərilmiş, lakin borc tələbi müəyyən edilən vaxtdan tələbkarın xeyrinə ödənilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3621/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən halhazırda aliment borcu 5600 manat təşkil edir. Borclu barəsində olan Bakı Apellyasiya məhkəməsinin 2(103)-6133/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi nəzərdən keçirilən zaman ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilinin Borclu və X1 birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək, 1/2 hissəsinə Borclu, 1/2 hissəsinə X1 pay hüququnun tanınmasının qərara alındığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Borclu ½ hissədə məxsus ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilinin üzərinə həbs qoyulması və hərrac vasitəsil satılaraq borc pul vəsaitinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Alıyeva (Baxışova) Yeganə Selman qızı təqdimatın təmin edilməsinə etiraz etmədiyini, hazırda təqdimatda qeyd olunan mənzildə onun yaşadığını, mənzilin onun atası tərəfindən alındığını, borclunun 5280 manata yaxın borcu olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı apellyasiya Məhkəməsinin 2(103)- 3621/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 73 saylı mənzil birgə nikah dövründə əldə olunmuş hesab edilmiş və həmin mənzilin ½ hissəsi üzərində iddiaçı Borclu, ½ hissəsi üzərində isə cavabdeh X1 pay hüququnun tanınmışdır. Məhkəmə hesab edir ki, mənzilin üzərinə borcluya aid olan hissədə həbs qoyulmalı, təqdimatda qeyd olunan digər məsələlər icra tədbiri çərçivəsində həyata keçirilməli olduğundan təqdimat qalan hissədə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı qismən təmin edilməli, Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilinin Borclu aid ½ hissəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilinin Borclu aid ½ hissəsinin üzərinə üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-207/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-207/2023
22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver