Məhkəmə qərarları › İş №8(007)-209/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-209/2023

22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-209/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-529/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu "Unibank KB” ASC-nin xeyrinə 2471,2 manat əsas borc, 381,21 manat faiz, 13,13 manat cərimə borcu olmaqla cəmi 2815,54 manat borc və 48,16 manat dövlət rüsumu tutulmalıdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov Borclu məcburi gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş və müvafiq qərarla icraata başlanılmış və tələbin icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvanına bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olmasına baxmayaraq Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatla razılaşmadığını bildirdi və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, izahat verərək göstərdi ki, onu hazırki işlə bağlı icra şöbəsindən çağırmamışlar. Məhkəmədən çıxdıqdan sonra icra şöbəsinə yaxınlaşacaqdır. O, borcu üzrə az da olsa ödənişlər etmişdir. 4-5 aydır ki, xəstə olduğu üçün ödənişlər edə bilməmişdir. O, borcunu ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məhkəmə iclasında iştirak etmiş və izahat verərək göstərmişdir ki, icra şöbəsinə çağırılmamış, onun çağırışlardan məlumatı olmamışdır və borcunu ödəməkdən boyun qaçırmır. Belə olan halda, məhkəmə, borclunun məhkəmə iclasında iştirakını və verdiyi izahatını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 529/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-529/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar