Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-213/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, X1 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 ərizə ilə məhkəməyə müraciət edərək, mənzil açıq hərracda satılana kimi alimentin qaytarılması ilə bağlı qətnamənin icrasının təxirə salınmasını xahiş etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ərizə baxılmadan geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Hazırkı halda müəyyən edildi ki, X3 tərəfindən möhlət verilməsini xahiş etdiyi icra sənədini, həmin icra şöbəsinin icraatında olub-olmaması, icra sənədinin icrasının hansı mərhələdə olması, bunu təsdiq edən digər zəruri sübutlar ərizəyə əlavə edilməmişdir, hansı ki, qeyd olunan sübutlar işin öyrənilməsi, tələbkarın müəyyən edilərək məhkəmə iclasına dəvət edilməsi və ədalətli məhkəmə araşdırılmasına nail olunması baxımından zəruridir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, borclunun ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalı, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi baxılmadan geri qaytarılsın. Qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması X6 izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-213/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-213/2023
16.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver