Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-214/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı icra qurumunun hərəkətsizliyindən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu ilə X14 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 0001 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllü X15, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları X8 yanında saxlanılması, Borclu, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və əlavə xərc qismində 50 manat sabit pul məbləğində vəsaitin X8 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə aliment hissəsində dərhal icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Hazırda X3 məhkəməyə şikayət ilə müraciət edərək, tələbkar qismindən çıxış etdiyi 2(007)-1907/2020-008 saylı icra sənədinin borclu tərəfindən düzgün icra edilməməsinə görə Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X9 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və belə hərəkətsizliyin aradan qaldırılması öhdəliyinin Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı (borclu) Borclu ilə arasında olan nikah münasibətinin pozulması və birgə nikahdan dünyaya gələn xx.xx.2011-cü il təvəllüdlü- oğlu X10, xx.xx.2012-ci il təvəllüdlü- qızı X5 və xx.xx.2016-cı il təvəllüdlü- oğlu X6 onlar yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılması üçün ayda hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat aliment məbləğinin və əlavə xərc qismində 50 manat sabit pul məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qətnamənin icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə 28 avqust 2020-ci il tarixli məktubla icra vərəqəsi göndərilmişdir. Onun kiçik övladı X11 14 mart 2022-ci il tarixdə dünyasını dəyişmişdir. Borclu bu halı vicdansızcasına bəhanə edərək məhkəməyə müraciət etmədən 2022-ci il may-iyun ayları üzrə cari aliment məbləğlərinin miqdarını azaltmış- may ayı üzrə 300 (üç yüz) manat, iyun ayı üzrə isə 279 (iki yüz yetmiş doqquz) manat aliment pulu ödəmişdir. Sözügedən halla bağlı iş üzrə icra təbirlərinin həyata keçirilməsi həvalə olunmuş Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 şifahi şəkildə məlumat verilməklə şikayət olunsa da, o, bu məsələdə qarşı tərəfi haqlı saymış və qarşı tərəfin yeni məhkəmə qətnaməsi olmadan sözügedən hərəkətini qanunauyğun hesab etmişdir. Ona bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinin müvafiq norması xatırladılsa da, nəticədə buna əhəmiyyət verməmiş və qanunsuz hərəkətsizliyini borclunun xeyrinə davam etdirmişdir. X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı prosesində iştirak edə bilməyəcəyini, buna səbəb övladının itkisinin ona vurduğu misilsiz mənəvi zərərin təsirindən hələ də çıxa bilməməyi olduğunu, bu baxımdan sosial həyatdan, insani münasibətlərdən və ünsiyyətdən demək olar ki, təcrid olunduğunu, bundan başqa digər övladlarının da azyaşlı olduğunu və onları məhkəmə prosesində iştirak məqsədilə yaşadığı yer üzrə tapşıra biləcəyi bir şəxs olduğunu bildirmiş və möhkəmə baxışı prosesində iştirak edə bilməyəcəyini üzrlü saymaları, bununla da işə onun iştirakı olmadan baxaraq doğru və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olaraq da bildirmişdir ki, Borclu 2022-ci il iyul ayı üçün müəyyən edilmiş aliment məbləğini cari icra sənədində göstərilən miqdardan az, yəni 279 (iki yüz yetmiz doqquz) manat ödəmişdir. Bu da bir daha onu təsdiq edir ki, borclu icra sənədini düzgün icra etmir və Nizami Rayon İcra və Probasiya Şöbəsinin iş üzrə səlahiyyət sahibi- böyük icra məmuru X16 borclunun xeyrinə qanunsuz hərəkətlilik nümayiş etdirməkdə davam edir. Odur ki, hazırkı vəziyyəti və ötən aya münasibətdə qeyd etdiyi faktı hazırkı iş üzrə ərizəyə əlavə olaraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 44.1.3-cü maddəsinə görə könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə qətnaməsinin icrası zamanı hər iki tərəfin mənafeyini də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən icra işi tələb edilərək öyrənilmiş və məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 1907/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Borclu ilə X14 arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 0001 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllü X15, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları X8 yanında saxlanılması, Borclu, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin və əlavə xərc qismində 50 manat sabit pul məbləğində vəsaitin X8 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, qətnamə üzrə icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Bu müddət ərzində tələbin könüllü icrası təmin edilməməsi ilə bağlı məcburi icra tədbirlərinə başlanılması barədə onlara xəbərdarlıq edilmişdir. X14 tərəfindən yazılmış və imza edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, Borclu 300 manat, 400 manat məbləğində aliment pulunun aldığını qeyd etmişdir. Daha sonra Borclu xx.xx.2021-ci il tarixdə iltizam verərək icra vərəqəsinə əsasən X13 500 manat aliment pulu ödədiyini və qalıq borcu olan 590 manatın xx.xx.2021-ci il tarixdə ödəyəcəyinə söz verdiyini, əks təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edildiyini bildirmişdir. Eyni zamanda icra vərəqəsində olan ödəniş qəbzlərinə əsasən Borclu X13 2020 və 2021-ci ilin müxtəlif tarixlərində müxtəlif məbləğlərdə ödəniş edilmişdir. Həmçinin Borclu xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq övladı xx.xx.2016-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə X21 reanimasiya şöbəsində predaqonal vəziyyətdə qəbul edildiyini, xx.xx.2022-ci il tarixdə saat 02:25-də isə bioloji ölümün baş verdiyini, ölüm faktının müəyyən edilməsi barədə Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət edilmədiyi üçün “Ölüm haqqında” şəhadətnaməni ərizəyə əlavə etməyin mümkün olmadığını bildirmiş və X11 vəfat etdiyi üçün icra sənədində ona aid olan hissədə xx.xx.2022-ci il tarixdən etibarən aliment pulun ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(007)-1907/2020 saylı məktub ilə ərizəyə münasibət bildirərək ərizədə qeyd olunan məsələnin icra şöbəsinin səlahiyyətlərinə aid olduğundan X6 “Ölüm haqqında” Şəhadətnaməsi ilə Maraqlı şəxsə müraciət edilməli olduğu bildirilmişdir. X11 14 mart 2022-ci il tarixdə vəfat etdikdən sonra borclunun müraciəti əsasında Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinə ünvanlanmış məktubda xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq xx.xx.2016-cı il təvəllüdlü X6 ölübölməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, icra qurumu tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1907/2020 saylı qətnaməsinin icra olunması üçün yetəri qədər tədbirlər görülmüş, icra edilmədiyi vaxtlarda borclu tərəfindən iltizam alınmış, eyni zamanda borclu tərəfindən tələbkara müəyyən ödənişlər edilmişdir. Hazırki halda tərəflərin birgə nikah dövründə anadan olmuş X11 14 mart 2022-ci il tarixdə vəfat etdiyindən, icra şöbəsi bu faktın doğruluğu üçün sorğu göndərdiyindən, bununla bağlı borclu tərəfindən icra qurumuna müraciət edildiyindən, X6 hüquq qabiliyyəti onun ölümü ilə xətm edildiyindən, icra şöbəsi də bu halları nəzərə alaraq borclunun 2 uşaq üçün aliment ödəməsini qanunauyğun saydığından məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 “2(007)-1907/2020-008 saylı icra sənədinin borclu tərəfindən düzgün icra edilməməsinə görə Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X9 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və belə hərəkətsizliyin aradan qaldırılması öhdəliyinin Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi” barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-214/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-214/2022
08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver