Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-214/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1636/2022- 005 saylı icra sənədinə əsasən Borclu ümumilikdə 2507,1 manat borc və ödənilmiş 47 manat dövlət rüsumunun əvəzi Tələbkar MMC-nin xeyrinə tutulması qət olunmuşdur. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunverciliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır. Borclu müxtəlif vaxtlarda respublika sərhədini tərk etmişdir. Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırkı vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan Borclu ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Qeyd olunanlara əsasən, icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1988-ci il təvəllüdlü, Gürcüstan Respublikası, Quqark rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş icra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Tələbkar MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq əməkdaş sayının çatışmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiklərini, bu səbəbdən iştirakları olmadan işə baxılmasına etiraz etmədiklərini qeyd edərək məhkəmədən cavabdeh Borclu qarşı Nizami Rayon İcra Şöbəsi tərəfindən irəli sürülmüş təqdimata iştirakları olmadan baxılmasını və təqdimatın təmin olunmasının zəruriliyini nəzərə alaraq onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu olduğu icra sənədi üzrə tələbin könüllü qaydada icra edilməsi məqsədilə onun ünvanına müvafiq qaydada bildirişlər göndərilmişdir. Borcluya verilən müddətin ötməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Borclu olduğu icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, məhkəmə qərarına əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatı təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-1636/2022- 005 saylı icra sənədi üzrə borclu xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikası, Quqark rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-214/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-214/2024
11.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver