Məhkəmə qərarları › İş №8(007)-215/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-215/2022

30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-215/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-359/2021 saylı icra sənədi üzrə Borclu MMC-yə məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhər Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-359/2021 saylı icra sənədinə əsasən, iddiaçı X2 ilə cavabdeh Borclu MMC arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanılmış, 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli, 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqısı müqaviləri üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Borclu tərəfindən yeni inşa edilmiş binanın birinci mərtəbəsində 64 kv.m ümumi sahəsi olan Q/Y A-3 saylı, 91,1 kv.m ümumi sahəsi olan Q/Y A-2 saylı və 78,5 kv.m ümumi sahəsi olan Q/Y 1-B-2 saylı qeyriyaşayış sahələrinin tam təmirli şəkildə X1 təhvil verilməsi “Vesta Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi, iddiaçı X2 ilə cavabdeh Borclu MMC arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanılmış, 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli, 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqısı müqaviləri üzrə hər ay 500 manat olmaqla səkkiz aylıq kirayə haqqı, yəni hər müqavilə üzrə 4000 (dörd min) manat olmaqla, üç müqavilə üzrə cəmi 12000 (on iki min) manat və iddia ərizəsi verilərkən dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat cavabdeh Borclundən tutularaq X1 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Borclundən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmuru Zaur Həmzəyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 359/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra səndinin icrasının təmin edilməsi məqsədi Borclu MMC-nin mülkiyyətində olan “Mercedes Benz V220D” markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu MMC-nin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və elektron icra portal çıxarışına əsasən Borclu MMC-nin mülkiyyətində olan “Mercedes Benz V220D” markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobil aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-359/2021 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Elektron icra sistemindən çıxarışın surətindən görünür ki, “MERCEDES BENZ V220D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu MMC-yənun adına qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-359/2021 saylı icra sənədi üzrə Borclu MMC-nin mülkiyyətində olan “MERCEDES BENZ V220D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-359/2021 saylı icra sənədi üzrə Borclu MMC-nin mülkiyyətində olan “MERCEDES BENZ V220D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar