Məhkəmə qərarları › İş №8(007)-216/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-216/2024

17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-216/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1269/2023 saylı icra sənədi üzrə borclu X1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1269/2023 saylı icra vərəqəsinə əsasən, iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 57 saylı evin 7 saylı mənzilindən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 67 saylı evin 5 saylı mənzilə suyun axıdılması və tikinti-təmir işlərinin aparılması nəticəsində vurulmuş maddi ziyana görə Borclu 542 manatın tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İşə mahiyyəti üzrə baxılanadək, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov ərizə ilə məhkəməyə müraciət edərək, zərurət aradan qalxdığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1269/2023 saylı icra sənədi üzrə borclu X1 məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimata mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuru və borclu qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra şöbəsinin ərizəsini nəzərdən kecirərək hesab edir ki, təqdimat mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 1269/2023 saylı icra sənədi üzrə borclu X1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə məsələyə baxılmasını xahiş etmiş, lakin zərurət aradan qalxdığından təqdimatın baxılmadan saxlanılması xahiş edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1269/2023 saylı icra sənədi üzrə borclu X1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov tərəfindən verilmiş təqdimat baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar