Məhkəmə qərarları › İş №8(007)-219/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-219/2023

05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-219/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İcra məmuru Zaur Həmzəyevin, Tələbkar, Borclu iştirakları ilə, Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev xx.xx.2023cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın geri götürülməsi barədə ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında Borclu təqdimatın geri götürülməsi barədə ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizənin baxılmadan geri qaytarılması barədə ərizəni tədqiq edərək hesab edir ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizəsinə əsasən Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu “məcburi qaydada gətirilməsi” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar