Məhkəmə qərarları › İş №8(007)-220/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-220/2023

26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-220/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Türkan Hümbətzadənin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Türkan Hümbətzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məndudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)- 3242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 2649,53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilərək, Borclu "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1508,7 manat əsas borc, 15 manat cərimə, cəmi 1523,7 manat borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1067,5 manat əsas borc, 10 manat cərimə, cəmi 1077,5 manat, ümumilikdə 2601,2 manat borc, 48,33 manat dövlət rüsumunun tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2023-cü il il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasına başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. - “Elektron məhkəmə informasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Borclu "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 400 manat təşkil edir. - “Elektron məhkəmə informasiya” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli torpaq sahəsi Borclu mülkiyyətindədir. Belə ki, təqdimatda qeyd edilir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Bundan sonra borclu icra məmuru tərəfindən ona verilmiş müddətdə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədlərinin icrasını təmin etməmişdir və tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Qeyd edilməlidir ki, iş materialları ilə müəyyən edilir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icra məmurunun icraatında daxil olduqdan sonra borcun könüllü qaydada ödənilməsi barədə borcluya bildiriş göndərilsə də, təqdimata borclunun əmlak vəziyyətinin yoxlanılmasına, ayrı-ayrı orqanlara ünvanlanmış sorğular, verilmiş müraciətlərə cavablar əlavə edilməmişdir. Bundan başqa müəyyən edilmişdir, borclu hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir, həmçinin onun mülkiyyətində daşınmaz əmlak vardır. Məhkəmə hesab edir ki, hazırda icra sənədinin icrasının təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına zərurət yoxdur və icra məmuru tərəfindən digər icra tədbirləri həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıda dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə hesab edir ki, təqdimata həmin icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirilməsini təsdiq edən sənədlər əlavə edilməmiş və təqdimat əsaslandırılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Türkan Hümbətzadənin təqdimatı təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar