Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-223/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, Borclunun nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-749/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi öhdəliyinin icra şöbəsinə həvalə edilməsini barədə ərizəçi (tələbkar) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətsizliyi qanunsuz hesab edilməli və Borclu barəsində AR İXM-nir 528-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi öhdəliyi Bakı şəhəri Nizami rayon icra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli e-2(007)-2922/2021 saylı qətnaməsinin dəyişdirilməsi və cavabdeh Borclu iddiaçı “Xətai-5" MMMC-nin xeyrinə kommunal xidmətlərə görə 2702 manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi Nizami rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və icra məmuru Əlihüseyn Aslanova həvalə edilmişdir. Borclu ünvan 1 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə mülkiyyətində olan ünvan 2 ünvanda yaşayır, qeyd edilən ünvanda yaşamasına baxmayaraq kommunal haqqları ödəməkdən imtina edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi bir ildən çoxdur ki icra olunmur və borc məbləği “Xətai-5" MMMC-nə ödənilməmişdir. Bununla bağlı dəfələrlə Nizami rayon İcra şöbəsinə müraciət olunsa da, icra məmuru tərəfindən heç bir tədbir görülmür və müraciətləri cavabsız qalmışdır. Belə ki, Borclu yalnız 2-3 dəfə cüzi məbləğdə ödənişlər etmiş və buna əsaslanaraq icra məmuru hər hansı tədbir görməkdən imtina edir. Halbuki, qətnamənin hissə-hissə icra edilməsinə dair heç bir qərar mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən, hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Nizami rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətsizliyi qanunsuz hesab edilməli və Borclu barəsində AR İXM-nin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi öhdəliyi Bakı şəhəri Nizami rayon icra şöbəsinə həvalə edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək bildirdi ki, icra məmuru icra sənədi üzrə zəruri tədbirlər həyata keçirmir və borcun ödənilməsini təmin etmir. Qeyd edilənlərə əsasən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanov izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-749/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə onun icaatında daxil olmuş, bu zaman icraata başlamaq haqqın qərar qəbul edərək, icranın könüllü qaydada təmin edilməsi ilə bağlı borlcuya bildiriş göndərilmişdir. Daha sonra borc üzrə ödənişlər edilmədiyindən borclunun izahatı alınmış və borclu maddi çətinliklər səbəbindən borcunu birdəfəlik ödəyə bilmədiyini qeyd etmişdir. Bundan sonra borclu tərəfindən borc üzrə 650 manat ödəniş edilmişdir. Borclu işləmir və heç bir əmlakı yoxdur. Məhkəmə iclasında borclunun nümayəndəsi X2 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu icra sənədi üzrə tutulmuş məbləğin ödənilməsindən imtina etmir. Hazırda borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə hər ay 150 manat ödənilməsi qərara alınmışdır. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyib, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMMC-nin apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli e-2(007)-2922/2021 saylı qətnaməsinin dəyişdirilməsi, cavabdeh Borclu iddiaçı "xxxx" MMMC-nin xeyrinə kommunal xidmətlərə görə 2702 manat məbləğində pulun tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-253/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-749/2022 saylı qətnaməsinin “hissə-hissə icra edilməsi” barədə ərizəsi qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 749/2022 saylı qətnaməsinin hissə-hissə olmaqla icra edilməsi, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə ümumilikdə 2702 manat məbləğində pulun ödənilməmiş hissəsi, tam ödənilənədək Borclu hər ay 150 (yüz əlli) manat məbləğində pul tutulması qərara alınmışdır. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, Borclu işləmir və adına əmlak qeydiyyata alınmamışdır. - Məhkəməyə icra sənədi üzrə edilmiş ödənişlərə dair qəbzlərin surəti təqdim edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək icra məmurunun vəzifəsidir. - 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra işinin tətqiqi zamanı müəyyən edildi ki, borclu tərəfindən hazırkı vaxtadək 600-650 manat ödəniş edilmiş, icra sənədi üzrə icrasının ləngidilməsi ilə bağlı izahatı alınmış, xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən onun ünvanına xəbərdarlıq məktubu göndərilərək, icra şöbəsinə çağırılmışdır. Həmçinin, borclu maddi vəziyyətinin çətin olması və borcu birdəfəlik ödəyə bilmədiyindən icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icra sənədi üzrə ödənilməmiş məbləğin hər ay 150 manat olmaqla ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, hazırda borclu icra sənədinin icrasından yayınmır, həmçinin icraatında icra sənədi olduğu müddətdə (icra işinin aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır) icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə zəruri tədbirlər göümüş, borclunun gəlirinin, əmlakının olmadığını müəyyən etmiş, borclunun izahatını almış, onunla danışıqlar aparmışdır. İcra sənədi üzrə müəyyən ödənişlər edilmişdir. Ərizəçi icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərində qanun pozuntusu olduğunu vurğulasa da, məhkəmə tərəfindən qeyd edilən hal müəyyən edilməmişdir. Nəticədə, məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz sayılması barədə tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, hazırda ərizəçi (tələbkar) həmçinin, Borclu barəsində AR İXM-nir 528-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi öhdəliyi Bakı şəhəri Nizami rayon icra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Göründüyü kimi, qeyd edilən məsələ icra məmurunun səlahiyyətlərinə aid olmaqla, icra hərəkətləri zamanı görülə biləcək tədbirlərdəndir. Beləliklə, hazırkı mərhələdə məhkəmə tərəfindən Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərində hər hansı qanunsuz əməl aşkar edilmədiyindən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi öhdəliyinin icra şöbəsinə həvalə edilməsini barədə ərizəçi (tələbkar) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin şikayət ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkətlərinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi və məhkəməyə göndərilməsi öhdəliyinin icra şöbəsinə həvalə edilməsini barədə ərizəçi (tələbkar) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-223/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-223/2023
24.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver