Məhkəmə qərarları › İş №8(007)-224/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-224/2023

02.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-224/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2536/2019 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3974/2021 saylı icra sənədləri üzrə Maraqlı şəxs icra məmuru Gültac Sadıqovanın “Aliment borcunun hesablanmasına” dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və aliment borcunun əvvəlki qaydada müəyyən edilməsi” barədə tələbkar X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2536/2019 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh Borclu qarşı “alimentin artırılması və valideynin uşağa görə əlavə xərclərdə iştirakı” tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu 25 fevral 2013-cü il təvəllüdlü X2 müalicə və müayinəsi üçün ödənilmiş 423 manatın yarısı 211,50 manatın alınaraq ona ödənilməsi, Borclu 25 fevral 2013-cü il təvəllüdlü X2 müalicə və müayinəsi üçün əlavə xərclərə görə hər ay 50 manat pulun X3 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh Borclu qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu 25 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(007)-2260/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Borclu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 25 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında aliment tutulub, X5 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Borclu oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda tələbkar X6 məhkəməyə şikayət ilə müraciət edərək, Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqovanın xx.xx.2023-cü il tarixli qərarının yəni Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2536/2019 saylı qətnaməsi və Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən edilməsinin qanunsuz hesab edilərək ləğv edilməsi və alimentin əvvəlki qaydada 1200 manat aylıq qazancının ¼ hissəsinə uyğun olaraq aylıq 300 manat və əlavə xərc qismində əlavə 50 manat olmaqla ümumilikdə 350 manat müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələri qanuni qüvvəsini almış və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədinin icrası zamanı icra məmuru icra vərəqəsini icra edilməsi üçün Borclu iş yerinə göndərmiş və "xxxx" MMC-yə göndərilmiş və hər ay cavabdehin aylıq qazancının ¼ hissəsinə uyğun olaraq 300 manat və əlavə xərc qismində 50 manat olmaqla cəmi 350 manat aliment ödənilmişdir. Lakin Borclu xx.xx.2023-cü il tarixdə ərizə ilə Nizami rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, guya aylıq qazancının ¼ hissəsinə uyğun olaraq aliment tutularkən vergi ilə birlikdə hesablanmasını, artıq ödənilmiş məbləğlərin hesablanaraq gələn aylara bölünməsini xahiş etmişdir. Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 xx.xx.2023-cü il tarixli "aliment borcunun hesablanması” barədə qərar qəbul edərək, Borclu ərizəsini təmin etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)- 2536/2019 saylı qətnaməsi və Nizami rayon Məhkəməsinin xx.xx.32021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən etmiş və xx.xx.2023-cü ildən sonrakı aylarda aylıq ödəniləcək alimentin məbləğinin 250 manat, əlavə xərcin isə 50 manat olmaqla ümumilikdə 300 manat ödəniləcəyini bildirmişdir. Lakin, Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 xx.xx.2023-cü il tarixli "aliment borcunun hesablanması” barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, alimentin ödənilməsi əvvəlki qaydada aylıq 1200 manat qazancının ¼ hissəsinə uyğun olaraq 300 manat və əlavə xorc qismində 50 manat olmaqla ümumilikdə 350 manat müəyyən edilməlidir. Belə ki, icra məmuru heç bir araşdırma aparmadan, borclunun ərizəsinə əsaslanmaqla, riyazi hesablama yolu ilə guya alimentin artıq ödənilməsini müəyyən etmiş, qəbul etdiyi qərarda isə hesablanma qaydasını göstərməmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.32021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsi ilə Borclu 25 fevral 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilsə də, məhkəmə qətnaməsində vergi tutulduqdan sonra və ya vergi tutulmazdan əvvəl alimentin ödənilməsi gösətrilmədiyindən, qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu 2023-cü ildə guya vergilərin hesablandıqdan sonra alimentin ödənilməli olmasını bildirmiş və icra məmuru borclunun sözlərinə əsasən qanunsuz qərar qəbul etmiş, 2021-ci ildən 2023-cü ilədək 490 manat guya artıq ödənilməsini, bir aylıq aliment məbləği silinməklə, əlavə olaraq 140 manatın da tutulmalı olmasını müəyyən etmişdir. hansı ki, obyektivliyin təmin edilməsi baxımından icra məmuru tələbkar olaraq onu alimentin hansı qaydada hesablanmasını, hansı məbləğdə vergilər ödənilməsini, məcburi ödənişlər aylıq qazancından çıxıldıqdan sonra borclunun aylıq qazancının 1200 manat deyil, 1000 manat olmasını müəyyən etməsi və 1000 manatın ¼ hissəsinə uyğun olaraq aylıq 250 manat ödənilməli olmasını müəyyən edərkən hesablama qaydaları ilə onu tanış edə, bununla da sonuncunun "İcra haqqında" Azorbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş hüquqlarından düzgün və zamanında istifadə etməsinə nail ola bilər. Məhkəmə iclasında tələbkar X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. O əlavə bildirdi ki, alimentin əvvəlki qaydada hesablanmasını istəyir. Borclu icra şöbəsinə 1 ildən artıq müddət keçəndən sonra müraciət edib alimentin yanlış hesablandığını bildirmişdir. O, hazırki hesablamadan razı deyildir. İcra məmuru nə mühasib, nə də ekspert deyildir. O, mühasib ilə əlaqə saxlamış, mühasib Vəfa xanım da ona demişdir ki, ona icradan aliment məbləği nə qədər göndərilibsə o da onu icra edir. O bilmir ki, 1200 manat borclunun əmək haqqısıdır, yoxsa digər məbləğlə çıxılanda qalan gəlirdir. O, xx.xx.2023-cü il tarixli qərarı tarix yadında deyil, amma həftənin cümə günü imzalayıb götürmüş, vəkili Aytən Poladovaya müraciət edib, vəkili də şikayəti növbəti həftənin birinci günü yazıb ona vermişdir. O, qərardan şikayət üçün olan müddəti ötürməmişdir. Borclu uşaqları görmür və görmək də istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 64-cü maddəsinə əsasən borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. 85.2.5-ci maddəsinə görə icra məmuru tərəfindən qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar qərarda göstərilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 4cü hissəsinə görə alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları icra xidmətinin icra məmuru tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir; 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə qətnaməsinin icrası zamanı hər iki tərəfin mənafeyini də nəzərə alınmalıdır. Məhkəmə tərəfindən icra işi tələb edilərək öyrənilmiş və məlum olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsi ilə Borclu X2 müalicə və müayinəsi üçün ödənilmiş 423 manatın yarısı 211,50 manatın alınaraq ona ödənilməsi, Borclu 25 fevral 2013-cü il təvəllüdlü X2 müalicə və müayinəsi üçün əlavə xərclərə görə hər ay 50 manat pulun X3 xeyrinə tutulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsi ilə də Borclu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında aliment tutulub, X5 verilməsi qət edilmişdir. qətnamələr qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə icra şöbəsinə ərizə verərək onun əmək haqqısından tutulan tutulan alimentin ¼ hissəsinin vergi ilə birlikdə hesablandığıı, halbuki vergilər əməka haqqısının vergi payı çıxıldıqdan sonra tutulmalı olduğunu bildirmiş və keçən aylar və illərdə hesablanan aliment pulunun düzgün hesablanaraq artıq məbləğin gələn aylara bölünməsini xahiş etmişdir. İcra məmuru Gültac Sadıqova xx.xx.2023-cü il tarixdə aliment borcunun hesablanması haqqında qərar qəbul edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2536/2019 saylı icra sənədləri üzrə Borclu tərəfindən xx.xx.2023-cü il tarixədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığının müəyyən edilməsini qərara almışdır. Hazırda tələbkar tərəfindən şikayət verilərək icra sənədləri üzrə Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən edilməsinin qanunsuz hesab edilərək ləğv edilməsi və alimentin əvvəlki qaydada 1200 manat aylıq qazancının ¼ hissəsinə uyğun olaraq aylıq 300 manat və əlavə xərc qismində əlavə 50 manat olmaqla ümumilikdə 350 manat müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. İcra məmuru da borclunun ərizəsindən sonra qeyd olunan halları araşdıraraq aliment məbləğinin artıq hesablanmasına qərar vermişdir. Hansı ki, şikayətə əlavə edilmiş 2022-ci il və 2023-cü ilin mart ayınadək aliment tutulması barədə çıxarışdan da görünür ki, borclunun əmək haqqısından tutulmalar olarkən tutulan məbləğlərdə sığortalar, pensiya nəzərə alınsa da vergilər nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqovanın xx.xx.2023-cü il tarixli qərarına əsasən Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən edilməsinin qanunsuz hesab edilərək ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqovanın xx.xx.2023-cü il tarixli qərarının yəni Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 2536/2019 saylı qətnaməsi və Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 3974/2021 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən edilməsinin qanunsuz hesab edilərək ləğv edilməsi və alimentin əvvəlki qaydada 1200 manat aylıq qazancının ¼ hissəsinə uyğun olaraq aylıq 300 manat və əlavə xərc qismində əlavə 50 manat olmaqla ümumilikdə 350 manat müəyyən edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin tələbkar tərəfindən şikayətində qeyd olunan halların əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 “Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqovanın xx.xx.2023-cü il tarixli qərarının yəni Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2536/2019 saylı qətnaməsi və Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən edilməsinin qanunsuz hesab edilərək ləğv edilməsi və alimentin əvvəlki qaydada 1200 manat aylıq qazancının ¼ hissəsinə uyğun olaraq aylıq 300 manat və əlavə xərc qismində əlavə 50 manat olmaqla ümumilikdə 350 manat müəyyən edilməsi” barədə şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar X1 “Nizami rayon İcra şöbəsinin icra məmuru Gültac Sadıqovanın xx.xx.2023-cü il tarixli qərarının yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-2536/2019 saylı qətnaməsi və Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3974/2021 saylı qətnaməsinə əsasən Borclu xx.xx.2023-cü il tarixinədək aliment öhdəlikləri üzrə 140 manat artıq ödənişin aparıldığını müəyyən edilməsinin qanunsuz hesab edilərək ləğv edilməsi və alimentin əvvəlki qaydada 1200 manat aylıq qazancının ¼ hissəsinə uyğun olaraq aylıq 300 manat və əlavə xərc qismində əlavə 50 manat olmaqla ümumilikdə 350 manat müəyyən edilməsi” barədə şikayəti təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar