Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-225/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Borclu Əliyeva (Məmmədova) Leyla Nazim qızının “icra sənədi üzrə məcburi icra hərəkətlərinin dayandırılması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023, xx.xx.2023-cü il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə verdiyi şikayətlərə baxılaraq, yekun qərarlar qəbul edilənədək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3334/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətlərinin dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X7 qarşı "mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi", iddiaçı X6 cavabdehlər X10 və X4, X5, Baki Şəhəri 16 saylı Notariat Ofisi, 5 saylı Bakı "Asan Xidmət Mərkəzi"nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə "müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi" tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsindən iddiaçı X4 və cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsi yoxlanılan hissədə, yəni "cavabdeh X6 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi" tələbinin təmin olunması hissəsində, həmçinin "cavabdeh X6 qeyd edilən mənzildən çıxarılması" tələbinin rədd olunması hissəsində ləğv edilməsi, ilk iddianın qeyd edilən hissələrdə qismən təmin olunması, cavabdeh X6 (onun) iddiaçı X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılmağı qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli "icraata başlanıması haqında qərar"ından tərəfimdən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan tərəfindən sözügedən məhkəməyə şikayət verilmişdir. Bununla yanaşı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh X5 ilə cavabdeh X10 arasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45 saylı evin 39 saylı mənzilinə dair Bakı şəhəri 16 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın bağışlanması" müqaviləsinin etibarsız hesab edilməsinə, cavabdeh X5 ilə cavabdeh X10 arasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45 saylı evin 39 saylı mənzilinə dair Bakı şəhəri 16 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə bağlanmış "Daşınmaz əmlakın bağışlanması" müqaviləsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli "çıxarış"ın etibarsız hesab edilməsi tələbinə dair" mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan da, tərəfindən adını yuxanda qeyd etdiyi məhkəməyə şikayət verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 137/2023, xx.xx.2023-cü il tarixli Qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə də, şikayət verilmişdir. Məhkəmənin nəzərinə bütün bunları çatdırmaqla, onu vurğulamaq istəyir ki, sözügedən məhkəmə aktlarından tərəfindən verilmiş şikayətlərə yuxarı instansiya məhkəmələri tərəfindən baxılmaqdadır! Belə olan halda, hesab edir ki, sözügedən məhkəmə aktlarından tərəfindən verilmiş şikayətlərə yuxarı instansiya məhkəmələrində baxılıb, yekun qərarlar qəbul edilənədək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətləri dayandırılmalıdır. Məhkəmənin nəzərinə həmçinin çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3334 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə məhz cavabdeh X6 (onun) çıxarılması qət edilmişdir. Onun iki yetkinlik yaşına çatmamış övladının mənzildən çıxarılmaları isə, qət edilməmişdir. Bununla yanaşı, qeyd etməyi olduqca vacib hesab edir ki, başqa yaşayış yerləri olmadığından, onun mənzildən çıxarılmağı ilk növbədə yetkinlik yaşına çatmamış övladlarının hüquqlarının və qanuni mənafelərinin kobudcasına pozulmasına səbəb olacaqdır. Məhkəmənin 09 iyun 2023-cü il tarixli iclasında iştirak edən borclu X13 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verdiyini bildirmişdir bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata tələbkarın, borclunun və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər X8, X3, Bakı şəhəri 16 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, X10 ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli "icraata başlanıması haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi" barədə şikayəti təmin edilməmişdir. - X6 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli şikayətdən görünür ki, X11 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023, xx.xx.2023-cü il tarixli qərarından şikayət vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin X6 cavabdehlər X8, X3, Bakı şəhəri 16 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı etibarnamənin, bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, X10 ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli "icraata başlanıması haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi" barədə şikayəti təmin edilməmişdir. X13 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023, xx.xx.2023-cü il tarixli qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.8.ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi X13 tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 137/2023, xx.xx.2023-cü il tarixli qərarından şikayət vermişdir. Lakin, borclu həmin şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən X9 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023, xx.xx.2023-cü il tarixli Qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə verdiyi şikayətlərə baxılaraq, yekun qərarlar qəbul edilənədək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətlərinin dayandırılması barədə ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-137/2023, xx.xx.2023-cü il tarixli Qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə verdiyi şikayətlərə baxılaraq, yekun qərarlar qəbul edilənədək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3334/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətlərinin dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-225/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-225/2023
16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver