Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-225/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)- 2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Təqdimatın əsaslandırıldığı hallar:
2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 4459.75 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrası təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
İşdə iştirak edən şəxslər:
3. Tələbkar MMC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
6. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir.
İş materialları:
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 369.9 AZN əsas, 25.89 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419.9 AZN əsas, 29.39 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.9 AZN əsas, 52.49 AZN cərimə,xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 784.5 AZN əsas, 54.91 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 19.1 AZN əsas, 1.33 AZN cərimə,xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 275.9 AZN əsas, 19.31 AZN cərimə və 53.53 AZN ödənilmiş dövlət rüsumu cavabdeh Borclu tutularaq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir.
8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixdə Borclu qərarla tanış olmuşdur.
9. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi borcludan xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixdə Borclu bildirişi qəbul etmişdir.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 369.9 AZN əsas, 25.89 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.4 AZN əsas, 52.45 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419.9 AZN əsas, 29.39 AZN cərimə, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 749.9 AZN əsas, 52.49 AZN cərimə,xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 784.5 AZN əsas, 54.91 AZN cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 19.1 AZN əsas, 1.33 AZN cərimə,xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 275.9 AZN əsas, 19.31 AZN cərimə və 53.53 AZN ödənilmiş dövlət rüsumu cavabdeh Borclu tutularaq Tələbkar MMCyə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2025ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinə əsasən xx.xx.2025-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi borcludan xahiş olunmuşdur.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Konstitusiyasının:
129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın:
2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat təmin olunmalıdır.
15. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə tətbiq edilə bilər. Nəticə:
16. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbini pozaraq məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1993-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(007)-2661/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1993-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova