Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-226/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı icra sənədinə izah verilməsi barədə Tələbkar tərəfindən verilmiş ərizə üzrə mülki işə məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddiasının təmin edilməsi, Tələbkar ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(007)- 37/2019 saylı qərardadı ilə qətnaməyə izah verilərək qətnamədə "elektron informasiya sistemi" Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. Tələbkar ərizə verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3988/2018 saylı icra sənədi üzrə tələbkar X1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin xitam verilməsi barədə məlumatın elektron informasiya sistemi dedikdə həmin sistemin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin “e-sosial" sistemi olması anlaşılması, tələbkar X1 ilə İDEAX MMC arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinin xitam verilməsi barədə məlumatın e-sosial sistemdən silinməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə vəzifə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Hansı ki, qanunda qeyd olunanlara əsasən icra sənədinə izah vermək icra məmurunun səlahiyyətlərinə aid olsa da hazırda bununla bağlı tələbkar tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə eyni zamanda bildirir ki, ərizədə qeyd edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-167/2023 saylı qərardadı ilə Tələbkar şikayəti təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı icra sənədi üzrə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilmə haqında qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini almamışdır. Beləliklə, hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı icra sənədinə izah verilməsi barədə Tələbkar tərəfindən verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-226/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-226/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver