Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-227/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3406/2021-012 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 4928 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi icraata 01 mart 2022-ci il tarixdə daxil olmuş,icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxs Borclu əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş və elektron icra portal çıxarışına əsasən Borclu mülkiyyətində olan “Opel Astra” markalı, **- ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45 və 50-ci maddələrini rəhbər tutaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3406/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Opel Astra” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, təqdimat vermiş şəxsi və tələbkarı dinləyərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(007)- 3406/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, X2 iddiası təmin edilərək, cavabdehlər X1 və Borclu müştərək qaydada 4928 manat məbləğində dəymiş zərər X2 xeyrinə tutulması və məhkəmə xərcləri olan 30 manat dövlət rüsumu, 100 manat aparılmış tədqiqatın dəyəri cavabdehlərə aid edilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 01 mart 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 01 mart 2022-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3406/2021- 012 nömrəli, 10 dekabr 2021-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi borcludan xahiş olunmuşdur. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin 01 mart 2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3406/2021 saylı, 10 dekabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etmə təklif olunmuşdur. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş 22 iyul 2022-ci il tarixli çıxarışlardan görünür ki, **-ZJ-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobil Borclu adına qeydiyyata alınmaqla mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu X4 ilə müştərək qaydada tələbkar X3 4928 manat borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus “Opel Astra” markalı minik avtomobili, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru 01 mart 2022-ci il tarixli icraata başlama haqqında qərar qəbul edib, tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərsə də borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(007)- 3406/2021-012 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına qeydiyyatda olan **-ZJ-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı minik markalı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-227/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-227/2022
22.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver