Məhkəmə qərarları › İş №8(007)-227/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-227/2023

26.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-227/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-228/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 6475,84 manat borc və ödənilmiş 84,76 manat dövlət rüsumu məbləğində pulun ondan tutulub "xxxx" ASC-yə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-228/23 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilərək ondan hər ay 100 manat məbləğində borcun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, ərizə baxılmadan geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Hazırkı halda müəyyən edildi ki, X2 tərəfindən hissə-hissə icra edilməsini xahiş etdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-228/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icra şöbəsinin icraatında olub-olmaması, icra sənədinin icrasının hansı mərhələdə olması, bunu təsdiq edən digər zəruri sübutlar ərizəyə əlavə edilməmişdir, hansı ki, qeyd olunan sübutlar işin öyrənilməsi və ədalətli məhkəmə araşdırılmasına nail olunması baxımından zəruridir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, borclunun ərizəsi mahiyyəti üzrə baxılmadan geri qaytarılmalı, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-228/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi baxılmadan geri qaytarılsın. Qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olması X4 izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar