Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-232/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu polis orqanı vasitəsi ilə Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraatına başlanılan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1975-ci ildə Marnueli rayonu, Sadaxlo kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 30 yanvar 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment alınıb, Musaeva Aıshenə ödənilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, ilkin iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10,0 manat pul dövlət rüsumu qismində Borclu alınıb, dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqdimatı vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin surətindən görünür ki, Borclu 30 yanvar 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment alınıb, Musaeva Aıshenə ödənilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, ilkin iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10,0 manat pul dövlət rüsumu qismində Borclu alınıb, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)- 97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(007)- 4198/2019 saylı qərardadına əsasən iddiaçı Borclu cavabdeh X5 qarşı “uşaqlarla ünsiyyətin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gürcüstan Respublikasının səlahiyyətli Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə ünvanlandığı 03 mart 2020-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçı Borclu cavabdeh X5 qarşı “uşaqlarla ünsiyyətin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(007)-4198/2019 saylı qərardadı və ona əlavə edilmiş sənədlər Gürcüstan Respublikasının səlahiyyətli orqanları vasitəsilə göndərilməsi üçün Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 30 yanvar 2018-ci il tarixdən başlayaraq, 29 sentyabr 2007-ci il təvəllüdlü X6 və 25 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment alınıb, Musaeva Aıshenə ödənilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, ilkin iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10,0 manat pul dövlət rüsumu qismində Borclu alınıb, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu ünvanına tələbin könüllü surətdə yerinə yetirilməsi barədə bildiriş göndərilmiş, lakin 10 gün müddətində tələb yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə tətbiq edilə bilər. Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(007)-4198/2019 saylı qərardadına əsasən iddiaçı Borclu cavabdeh X5 qarşı “uşaqlarla ünsiyyətin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gürcüstan Respublikasının səlahiyyətli Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla yanaşı tələbkar X3 ölkədə olmaması, Gürcüstan Respublikasında olması müəyyən edilmişdir. Borclu uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmiş və cavabdeh Gürcüstan Respublikasında olduğundan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Beynəlxalq Əməkdaşlıq İdarəsinə məhkəmə tapşırığı göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuna ziddir. Belə ki, tələbkar övladları ilə birlikdə ölkə xaricindədir və borclunun uşaqlarla görüş hüququnun təmin edilməsi məqsədilə və məhkəmə proseslərində iştirak etməsi üçün ölkə xaricinə çıxması zəruri olacaqdır. Bu səbəbdən borclunun hüquqları məhdudlaşdırıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinin tələblərinə uyğun əsaslandırılmadan verilmişdir, icra məmuru sadəcə formal olaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Onun təmin edilməsi üçün hazırki halda qanuni əsaslar yoxdur, ona görə də təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-97/2019-026 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №8(007)-232/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-232/2023
07.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver