Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-236/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-628/2023 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair borclu X1 ərizəsinə məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi və borclu X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-628/2023 saylı qətnamə üzrə borclu olduğu pulun hissə-hissə olaraq hər ay 100 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi hazırda qanuni qüvvəsini almamış və icraya yönəldilməmişdir. Hansı ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Hazırki e-2(007)-628/2023 saylı mülki iş üzrə icra sənədi verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-628/2023 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair borclu X1 ərizəsinə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-236/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-236/2023
31.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver