Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-239/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Tahir Ağayev bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 77 saylı evin, 59 saylı mənzilinin 1/2 hissəsinə X3, 1/2 hissəsinə Borclu payları müəyyən edilməli, həmin mənzilin alınması üçün birgə nikah dövründə Borclu "xxxx" ASC-dən 05 dekabr 2017-ci il tarixli 17009- 1727/506872 saylı kredit müqaviləsi üzrə götürdüyü və 08 may 2019-cu il tarixinə kimi olan müddətə qalmış 167960,96 manat məbləğində ümumi borc tərəflər arasında 1/2 hissədə bölünməli və ödəniş qrafikinə uyğun olaraq 08 may 2019-cu il tarixdən başlayaraq hər ayın 05-dən X2 301,01 manat pul vəsaiti tutularaq, Borclu verilməlidir. Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair Borclu ilə anası X10 arasında 52 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə 4Ə-445 saylı reyestr nömrə ilə bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, X5 adına olan çıxarış ləğv edilməlidir. Həmin mənzilin 1/2 hissəsinə X3, 1/2 hissəsinə Borclu payları müəyyən edilməlidir. “Toyota-Yaris” markalı, **-SO-*** markalı avtomobillə bağlı X11 ilə X7 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, mülkiyyət haqqında şəhadətnamə ləğv edilməlidir. Avtomobilin 1/2 hissəsinə X3, 1/4 hissəsinə Borclu payları müəyyən edilməlidir. "xxxx" ASC-yə 2019-cu ilin mayına kimi ödənilmiş 6541,6 (altı min beş yüz qırx bir manat altmış qəpik) manatın 1/2 hissəsinə X3 1/2 hissəsinə Borclu payı müəyyən edilməlidir. Həmin payın 1/2 hissəsini təşkil edən 3270,8 (üç min iki yüz yetmiş manat səksən qəpik) manat Borclu alınaraq, X6 ödənilməlidir. Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə iddiaçının uşağı ilə yaşamasına maneçilik aradan qaldırılaraq, cavabdeh Borclu qadağan edilməlidir. “Volkswagen Polo” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri olan 6600 (altı min altı yüz) manatın 1/2 hissəsinə Borclu payı müəyyən edilməlidir. Həmin payın 1/2 hissəsini təşkil edən 3300 (üç min üç yüz) manat X2 alınaraq, Borclu verilməlidir. “Shevrolet Aveo” markalı avtomaşının 1/2 hissəsinə Borclu və 1/2 hissəsinə X3 payları müəyyən edilməli, X3 “Bank VTB (Azərbaycan) ASC-yə 107430-1-371713 saylı 06 noyabr 2019-cu il tarixli “Avtomobil kredit müqaviləsi” üzrə 03 mart 2021-ci il tarixə olan 6716,73 manat borcun 1/2 hissəsi, yəni 3358,36 (üç min üç yüz əlli səkkiz manat otuz altı qəpik) manat Borclu alınaraq X6 verilməlidir. Birgə nikah dövründə əldə edilmiş hər birinin dəyəri 400 manat, cəmi 800 manat məbləğində olan 2 ədəd güldan və dəyəri 500 manat olan bir ədəd jurnal masasına 1/2 hissəsinə X3, 1/2 hissəsinə Borclu payları müəyyən edilməlidir. Həmin əmlakların ümumi dəyərini təşkil edən 1300 manat pul məbləğinin 1/2 hissəsini təşkil edən 650 manat pul məbləği Borclu alınaraq X6 ödənilməlidir. Qiymətləndirmə ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 (yüz əlli) manatı iddiaçı X2, 150 (yüz əlli) manatı cavabdeh Borclu tutularaq, "xxxx" MMC-yə (Sumqayıt şəhəri, Corat ŞTY, ev 581V, VÖEN **********, “AccessBank” Həzi Aslanov filialı, İban (H/H): AZ88ACAB********************, Kod 511038, Müxbir hesab AZ10NABZ********************, VÖEN (Bank):**********, SWİFT:ACABAZ22 saylı hesab) keçirilməlidir. xx.xx.2022-ci il, tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda oğduğu ünvana göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. İş üzrə tərəflər xx.xx.2022-ci il tarixli notariat qaydada barışıq sazişini təqdim etmişlər. Həmin barışıq sazişinin məhkəmə qaydada təsdiq olunması ilə bağlı müvafiq qərar qəbul olunması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Borclu ilə X8 10 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9947/2022 saylı icra vərəqəsinə əsasən qarşılıqlı razılığa gələrək Bakı şəhəri 15 saylı notariat ofisində barışıq sazişi bağlamışlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9947/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində payları müəyyən edilmişdir. Həmin icra sənədi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrası mərhələsində tərəflər aralarında razılığa gələrək barışıq sazişi bağlamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Borclu ilə X8 arasında 10 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9947/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ilə X4 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat ofisində aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin: “1. Mən, Borclu bildirirəm ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021-saylı qətnaməsi, Bakı Nizami rayon İcra şöbəsinin İcra işi № e60588/2022-7-24-001-saylı sənədinə əsasən, borclu Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı tərəfindən qət olunmuş əmlaklar üzrə mənə çatası, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 77 saylı evin, 59 saylı mənzilin alınması üçün "xxxx" ASC-dən 05 dekabr 2017-ci il tarixli 17009-1727/506872 saylı kredit müqaviləsi üzrə götürdüyümüz və 08 may 2019-cu il tarixinə kimi olan müddətə qalmış 167.960,96 manat məbləğində ümumi borc tərəflər arasında ½ hissəsi və ödəniş qrafikinə uyğun olaraq 08 may 2019-cu il tarixdən başlayaraq hər ayın 05-dən başlayaraq mənə ödəniləsi 301,01 manat pul vəsaitindən ödəniləsi pul məbləğindən, Bakı şəhəri Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82,6 kv.m olan 14 saylı mənzilə, yeni nömrəsi 102 saylı mənzilə dair Bakı şəhər 52 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixli 4Ə-445 reyestr nömrəsi ilə təsdiq edilmiş X5 adına bağlanmış müqavilənin etibarsız və çıxarışın ləğv edilməsi, həmin mənzilə görə mənə ödənilmiş 55.000 (əlli beş min manat sıfır qəpik) AZN pul məbləği müqabilində ½ hissəsindən, "Volkswagen Polo” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri olan 6600 (altı min altı yüz) manatın ½ hissəsini təşkil edən 3300 (üç min üç yüz) manat məbləğindən, ** RJ *** dövlət nömrə nişanlı “Chevrolet Aveo" markalı avtomaşının mənim payıma düşən ½ hissəsindən cavabdeh Feyziyeva (Məmmədova) Günay Seyfulla qızının xeyrinə imtina edirəm və bununla bağlı gələcəkdə ona qarşı hər hansı bir iddiam, tələbim olmayacaq.
2. Mən, Feyziyeva (Məmmədova) Günay Seyfulla qızı bildirirəm ki, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9947/2021 saylı qətnaməsi, Bakı Nizami rayon icra şöbəsinin icra işi № e60588/2022-7-24-001 saylı sənədinə əsasən, Borclu tərəfindən, qət olunmuş əmlaklar üzrə mənə çatası, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 77 saylı evin, 59 saylı mənzilinin ½ hissəsindən, “Toyota-Yaris" markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsindən, ** RJ ***-döylət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomaşına görə mənə borclu olduğu ½ hissəsini təşkil edən 3.358,36 (üç min üç yüz əlli səkkiz manat otuz altı qəpik) manat pul məbləğindən, "xxxx" ASC-yə 2019cu ilin mayına kimi ödənilmiş 6541,6 (altı min beş yüz qırx bir manat altmış qəpik) manatın 1/2 hissəsini təşkil edən 3270,8 (üç min iki yüz yetmiş manat səksən qəpik) manat hissəsindən, birgə nikah dövründə əldə edilmiş hər birinin dəyəri 400 manat, cəmi 800 manat məbləğində olan 2 ədəd güldan və dəyəri 500 manat olan bir ədəd jurnal masasının ½ hissəsini təşkil edən 650 manat pul məbləğindən cavabdeh Borclu xeyrinə imtina edirəm və bununla bağlı gələcəkdə ona qarşı hər hansı bir iddiam, tələbim olmayacaq.
3. X1 Elnur Qafqaz oğluna 55000 AZN (əlli beş min manat) məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.
4. Borclu 55000 AZN (əlli beş min manat) məbləği qəbul edir.
5. Mən, Borclu Bakı şəhəri, Xətai rayonu, 23/24-cü məhəllə, M.Hadi küçəsi, 39F saylı evin, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən sahəsi 82.6 kv.m olan 14 saylı mənzilin, yeni nömrəsi 102 olan mənzili 2 (iki) ay ərzində X4 adına keçirməyi öhdəsinə götürür.
6. Bu Saziş notariat qaydasında təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflər öhdəliklərini icra edənədək qüvvədədir.
7. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıqlar və mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qarşılıqlı razılıq əsasında həll olunur, bu mümkün olmadıqda isə müvafiq məhkəmələrdə həll olunur.
8. Bu Saziş ilə tənzimlənməyən tərəflər arasındakı münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənir.”
Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Qumru Əliyeva