Məhkəmə qərarları › İş №8(007)-240/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-240/2024

30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-240/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “dəyəri tam ödənilmiş mənzilin təhvil verilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona satılmış və dəyəri onun tərəfindən tam ödənilmiş ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini və "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz əməlləri barədə tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili cavabdeh "xxxx" tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizəçi Tələbkar qətnaməyə izah verilməsi ilə bağlı ərizəsi təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinə izah verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində “ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143.84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilsin” cümləsinə qeyd olunan mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin direktoruna, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsə həvalə edilməsi kimi izah verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili cavabdeh "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Qətnamənin icrası ilə bağlı Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək Nizami rayon məhkəməsinin 2(007)-1897/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmiş, həmin məhkəmənin 8(007)-23 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində ünvan 2 ünvanında inşa olunan olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143.84 M2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzil "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar Radik oğluna təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilsin” qeyd olunan mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC- nin direktoruna, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsə həvalə edilməsi kimi izah verilmiş, qərardadın icrası Nizami rayon İcra şöbəsinə həvalə edilmişdir. İcra sənədinin icrası ilə bağlı görülmüş icra tədbirləri zamanı müəyyən olunmuşdur ki, cavabdeh X1 AR PNX-nin 2 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkir. Əlavə olaraq qərardadda göstərilən "xxxx" MMC-nin direktoru olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsi müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda mübahisəli mənzildə digər şəxslər yaşayır. Buna görədə məhkəmənin 8(007)-23 saylı, xx.xx.2024-cü il tarixli qərardadının mənzilin boşaldılaraq təhvil verilməsi hissəsinin hansı qaydada icra olunması ilə bağlı izah verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1897/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə mənzilin boşaldılaraq təhvil verilməsi hissəsinin icra qaydasının izah olunmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, sözügedən məhkəmə qətnaməsi tam aydın deyildir. Belə ki, qətnamədə “ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143.84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilsin” məzmununda qeyd edilmiş ifadə, qeyd olunan mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin direktoruna, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsə, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurlarına həvalə edilməsi kimi qəbul edilməli idi. Belə olduğu halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinə izah verilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində “ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143.84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilsin” cümləsinə qeyd olunan mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin direktoruna, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsə, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurlarına həvalə edilməsi kimi izah verilməli, qərardadın icrası aidiyyəti üzrə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinə izah verilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1897/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində “ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143.84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili "xxxx" MMC tərəfindən müqavilə şərtlərinə uyğun Tələbkar təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilsin” cümləsinə qeyd olunan mənzilin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin direktoruna, o olmadıqda müvafiq olaraq həmin səlahiyyətləri icra edən şəxsə, həmin səlahiyyətləri icra edən şəxslər müəyyən edilmədikdə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurlarına həvalə edilməsi kimi izah verilsin. Qərardadın icrası Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar