Məhkəmə qərarları › İş №8(007)-243/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-243/2023

12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-243/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlanılmaqla hər ay hər uşağa görə 180 manat olmaqla ümumilikdə 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə oluııan məlumata əsasən Borclu adına “Hyundai Elantra” minik markalı, 90KO164 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Göstərilənlərin nəzərə alınaraq “Hyundai Elantra” minik markalı, 90KO164 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Elektron portaldan çıxarışdan görünür ki, Borclu adına “Hyundai Elantra” minik markalı, 90KO164 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə hesab edir ki, borc məbləğinə münasibətdə qeyd olunan avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, Borclu yetərli pul vəsaiti olmadığından icra sənədinin icrasının təmini məqsədi ilə ona məxsus olan “Hyundai Elantra” minik markalı, 90KO164 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan “Hyundai Elantra” minik markalı, 90KO164 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar