Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-243/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nüşabə Kərimzadənin Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Nüşabə Kərimzadə Borclu “məcburi qaydada gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Təqdimatın əsaslandırıldığı hallar:
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7292 manat borc tutularaq X3 Kamal oglunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxiİ olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. xx.xx.2024-cü il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu barəsində protokol tərtib edilərək Nizami Rayon Məhkəməsində 500 manat cərimə edilmişdir. Borclu heç cür ödəniş edə bilməyəcəyini bildirir və X1 dəfələrlə Nizami Rayon İcra Şöbəsinə müraciət edərək borclu barəsində bütün lazımi tədbirlərin görülməsini tələb etdiyini bildirmişdir. X1 icra məmuru Nüşabə Kərimzadədən rəhbərliyə şikayət edəcəyini bildirərək Borclu qarşı bütün məcburi icra tədbirlərinin görülməsini tələb etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Borclu barəsində emf icra sistemində "xxxx" MMC-də operator kimi çalışdığı qeyd olunmuşdur və dərhal borclunun əmək haqqısına yönləndirilmişdir, lakin "xxxx" MMC-dən Nizami Rayon İcra Şöbəsinə heç bir məlumat verilməmişdir. Borclu axtarış qərarı ilə şöbəyə gətirilərkən bildirmişdir ki, o, heç bir yerdə işləmir, tələbkar onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etdiyi üçün heç bir yerdə onu işləməyə qoymurlar deyə bildirmişdir. xx.xx.2024-cü il tarixdə Borclu yaşadığı ev ünvanina Nizami Rayon İcra Şöbəsinə borclunun həmin şirkətdə çalışıb-çalışmadığı barədə məlumat verilməsi bir daha bildirilmişdir. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.
İşdə iştirak edən şəxslər:
3. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur.
5. Odur ki, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
İş materialları:
6. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada gətirilməsi qərara alınmışdır.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 7190 manat maddi zərər və ödənilmiş 102 manat dövlət rüsumu tutularaq X3 Kamal oglunun xeyrinə ödənilməsi qət edilmişdir.
8. xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.
9. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur.
10. xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında qərarından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır.
11. xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icra ödənişinin alınması haqqında qərarından görünür ki, Borclu 511 manat məbləğində icra ödənişi tutulması qərara alınmışdır.
12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2732/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəkməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 7190 manat maddi zərər və ödənilmiş 102 manat dövlət rüsumu tutularaq X3 Kamal oglunun xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunması barədə borcluya bildiriş göndərilmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmənin mövqeyi:
16. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir.
17. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. İş materillarından görünür ki, borclu icra məmurunun çağırışına gəlməkdən yayınır. Belə ki, “sms bildiriş” və “xəbərdarlıq” göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməmişdir.
Nəticə:
16. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1998-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu İcra Şöbəsinə gəlməkdən qəsdən boyun qaçırdığından, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından o, məcburi gətirilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Təqdimat təmin olunsun. xx.xx.1998-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova