Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-25/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-321/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-321/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu ümumilikdə 3374,45 manat məbləğində pul vəsaiti 50 manat cərimə borcu, 30,40 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov Borclu məcburi gətirilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə borcluya göndərilmişdir. Zeynalov X1 müddət ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. Sonrakı müddət ərzində Borclu borcla əlaqədar borcunun olması bildirilsə də borcu ödəməmiş, dəfələrlə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmiş, gəlməməsinin səbəbini bildirməyərək, məhkəmə qərarını qərəzli formada icra etməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu xx.xx.1978-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Nizami rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatla razılaşmadığını bildirdi və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, izahat verərək göstərdi ki, o, icra şöbəsinin çağırışlarına getmiş, 700 manat ödəniş etmişdir və imkanı olduqca da ödəniş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, təqdimat vermiş icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məhəmə iclasında iştirak etmiş və izahat verərək göstərmişdir ki, icra şöbəsinə getmiş, izahat vermişdir və borcunu ödəməkdən boyun qaçırmır. Belə olan halda, məhkəmə, borclunun məhkəmə iclasında iştirakını və verdiyi izahatını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 321/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-321/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-25/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-25/2023
23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver