Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-254/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firuddin oğlunun katibliyi, X1, Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcluların əmlakı üzərinə həbs qoyulması haqqında Bakı Şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elman İsrafilovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcluların əmlakı üzərinə həbs qoyulması haqqında Bakı Şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elman İsrafilov təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə 1000 manat məbləğində maddi zərər, 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində vəsait Borclu tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********,Hesab AZ34CTRE**********Ü0********) ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş, tərəfindən müvafiq qərarla icraata başlanılmış, borclunun ünvanına bildiriş göndərilmişdir. Borcun ödətdirilməsi istiqamətində Borclu ünvanında xx.xx.2022-ci il tarixində olaraq rəsmi bildiriş təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İcra Sisteminin EMF-dən əldə olunmuş çıxarışa əsasən, borclunun mülkiyyətində ‘"Nissan Tiida” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətində olması aşkar olunmuşdur. Göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq, xx.xx.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məxsus “Nissan Tiida” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon icra şöbəsinə təhvil verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatı müdafiə etdi və borclunun ona olan borcunu ödəməmək üçün hər yola əl atdığını, hazırda da borcun ödənilməsindən yayındığını, ona 1000 manat ödəniləcək borcunun olduğunu, pulunu tam şəkildə tələb etdiyini bildirdi. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək, imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, gələn həftə borc tapıb tələbkarın 1000 manat borcunu ödəyəcəyini, onun başqa formada borcu ödəməyə imkanı olmadığını bildirdi və təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyularaq cərimə meydançasında saxlanmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Nissan Tiida” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Nissan Tiida” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə və Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №8(007)-254/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-254/2022
08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver