Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-255/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkarın nümayəndəsi X3 Borclu iştirakları ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, 23 sentyabr 2011-ci il təvəllüdlü X4 və 21 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Borclu hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq dövlət qeydiyyat orqanlarına sorğular edilmiş və əldə olunan məlumata əsasən Borclu adma “Mersedes E 200 MİNİK minik” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Qeyd edilənlərə əsasən “Mersedes E 200 MİNİK minik” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-296/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin təqdimatına yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatın dəlillərinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment tələbkarın xeyrinə tutulmuş, Bakı Apellyasiya Məhkəməsini xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Hazırda borclunun 1484 manat borcu var. Onun əmək haqqından hər ay 314 manat tutulur. Hazırda icra sənədi üzrə ödənilməmiş borc mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X7 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, o, icra hərəkətlərindən yayınmır. Aliment ödənişlərini edir. Sadəcə borc yaranmışdır. Hesab edir ki, həmin borca görə avtomobilin üzərinə həbs qoyulması zərurəti yoxdur. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə icra məmurunun və tərəflərin izahatlarını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2023 saylı, 19 aprel 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, iddianın təmin edilməsi, Borclu ilə Tələbkar arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 163 nomrə ilə rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 23 sentyabr 2011-ci il təvəllüdlü X8 və 21 dekabr 2016-cı il təvəllüdlü X9 anaları Tələbkar himayəsində saxlanılsın. 23 sentyabr 2011-ci il təvəllüdlü X4 və 21 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Borclu hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması, aliment tutulması hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4573/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2023 saylı iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməsi, Borclu 23 sentyabr 2011-ci il təvəllüdlü X4 və 21 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. - Məhkəməyə Tələbkar Çinğiz qızına məxsus kart üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarış, Borclu məxsus hesaba (xx.xx.2023-60 manat, xx.xx.2023-100 manat) və Tələbkar Çinğiz qızına məxsus hesaba (xx.xx.2023-300 manat) göndərilmiş aliment ödənişlərinə dair qəbz təqdim olunmuşdur, - Elektron məhkəmə və icra sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, “MERCEDES E200” minik markalı, 99GK084 dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)-1031/2023 saylı, 19 aprel 2023-cü il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrasına dair borcluya bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu 23 sentyabr 2011-ci il təvəllüdlü X4 və 21 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. Hazırda borclu icra sənədi üzrə ödənişlər edir və onun əmək haqqından hər ay 314 manat aliment ödənişi tutulsa da, borclu tərəfindən hər ay 400 manat aliment məbləğində alimentin ödənilməsi tam təmin edilmədiyindən hazırkı vaxtadək 1484 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə, borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4573/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan 2000-ci il buraxılışlı, “MERCEDES E200” minik markalı, 99GK084 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-255/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-255/2023
11.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver