Məhkəmə qərarları › İş №8(007)-256/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-256/2023

22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-256/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Aslanov Əlihüseynin, Tələbkar, Borclu iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-625/2021 saylı icra sənədinə əsasən Borclu ilə Tələbkar аrаsındа 28 fevral 2015-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 178 № ilə qеyd edilmiş nikahın pozulması, 24 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yеtkinlik yаşınа çаtаnаdək Tələbkar himayəsində saxlanılması, 24 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Borclu 05 oktyabr 2020-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi, alimеntin tutulmаsı hissəsində qətnаmənin dərhаl icrа еdilməsi, məhkəmə xərclərinin Borclu aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 (on) manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Borclu tutularaq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-625/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 24 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu 05 oktyabr 2020-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar qızna verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış və tələbin dərhal icrası barədə bildiriş borclu, Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Lakin borclu icra sənədində göstərilən tələbi təmin etməmiş, eyni zamanda icra sənədinin icrasının məcburiliyi barədə ünvanına göndərilmiş xəbərdarlıqlara və çağırışlara məhəl qoymayaraq şöbəyə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada üzürsüz səbəbdən təmin edilmədiyindən borclu, Borclu Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasının müvəqqəti məhdudlaşdırılmasmı məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən xx.xx.1990-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Aslanov Əlihüseyn izahat verərək bildirdi ki, borclu hazırda icra sənədi üzrə aylıq aliment ödənişlərini edir. Təqdimatın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, o ödənişlər edir. Aliment borcu yığılmışdır və həmin borcu da icra məmuruna məlumat verməklə hissə-hissə ödəyir. O işi ilə əlaqədar tez-tez xaricə gedib gəlir. Belə ki, o, yük maşını (tır) sürücüsüdür. Hər gedişə 500 manat qazanır. Kirayədə qalır. Borcunun olduğunu nəzərə alaraq hər ay 200 manat ödəməyə hazırdır. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun kifayət qədər pulu var və aliment borcunun tamamilə ödənilməsini xahiş edir. Məhkəmə icra məmurunun və tərəflərin izahatlarını dinləyib, təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun həmin normasından göründüyü kimi, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün yeganə şərt borclu tərəfindən məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda məhz üzrsüz səbəbdən icra edilməməsidir. Belə olan halda, icra məmuru borclunun icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etməməsinin səbəbini, bunun üzrlü və ya üzrsüz səbəbdən baş verməsini araşdırmadan qeyri-obyektiv nəticəyə gələrək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Hansı ki, bunun üçün yetərincə qanuni əsaslar olmalıdır və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar, icra sənədinin hər hansı səbəbdən icra edilməməsi ilə deyil, yalnız üzrsüz səbəbdən icra edilməməsi halında, icra sənədinin icrasının borclunun şəxsiyyəti ilə bağlı olub, onun iradəsindən asılı olduğu hallarda qəbul oluna bilər, həmin hüququn məhdudlaşdırılması isə şəxsin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Təqdimat vermiş şəxs təqdimatında Borclu borcu üzrsüz səbəbdən ödəmədiyini qeyd etmiş və təqdimatını bununla əsaslandırmağa çalışmış, lakin təqdimatına bununla bağlı sübutlarını əlavə etməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Borclu icra sənədi üzrə tələbkara ödənilməli olan borcundan yayınmır və aylıq aliment ödənişlərini davam etdirir. Belə ki, məhkəməyə edilmiş ödənişlərə dair hesabdan çıxarış təqdim edilmişdir. Həmin çıxarışla müəyyən edilir ki, borclu 170-200 manat məbləğində aylıq ödənişləri tələbkarın hesabına köçürmüşdür. Məhkəmə iclasında isə borclu yaranmış aliment borcunun ödənilməsini təmin etmək üçün aylıq ödənişlərinin məbləğini artıracağını, həmçinin işi ilə əlaqədar teztez xaricə getdiyini və təqdimatın təmin ediləcəyi təqdirdə işsiz qalacağını qeyd etmişdir. Göründüyü kimi, borclu hazırda icra ödənişlərini davam etdirir. Belə olan halda, məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi icra sənədinin icrasını təmin etmək üçün səmərəli tədbir deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıda dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, borclunun icra sənədi üzrə yaranmış aliment borcunun birdəfəlik ödəyə bilməməsi səbəbindən onun ölkədən getmək hüquqlunun müvəqqəti məhdudlaşdırılması məqsədəuyğun deyil və borcluya münasibətdə qeyd olunan icra tədbirinin icra sənədinin icrasının təmin edəcəyi ağlabatan deyil. Məhkəmə hesab edir ki, təqdimatın təmin olunması ilə borclunun ödəmə qabiliyyəti mümkünsüz olacaqdır. Hazırda göründüyü kimi borclu davamlı şəkildə ödənişlər edir və icra sənədinin icrasından yayınmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmurunun hazırkı iş üzrə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-625/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar