Məhkəmə qərarları › İş №8(007)-261/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-261/2024

19.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-261/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, Borclu məxsus “əmlakın üzərinə həbs qoyulması”na dair icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru Cavid İmranlı təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-35/2024-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1930.1 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsılə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Land-Cruiser- Prado" minik markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Göstərilənlərə əsasən, icra sənədi uzro Borclu məxsus olan "Toyota Land-Cruiser-Prado" minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə mane olmur. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş qonaq otağı dəsti- divan+kamod+tvistend+stol+6 ədəd stul üçün 800 manat; yataq dəsti- taxt+şifoner+ boy güzgü+termo+2 ədəd tumboçka üçün 600 manat; uşaq mebeli- 2 ədəd çarpayı+şifoner 1 ədəd+kitab şkafı üçün 300 manat; 1 ədəd kupe böyük (koridor) üçün 80 manat, 1 ədəd güzgülü termo üçün 50 manat; 1 ədəd mis samovar üçün 250 manat; 1 ədəd elektrik samovarı üçün 40 AZN; güzgülü dekor dəstimeyvə qabı+2 ədəd şamdan+1 ədəd külqabı+1 ədəd konfet qabı üçün 180 manat; Yaponya istehsalı 12 nəfərlik (kasa-iri, kasa-xırda, boşqab-aş üçün, salat üçün boşqab, isti yemək üçün dərin boşqab, 1 ədəd “supnik”, 3 ədəd bulud) yemək dəsti üçün 500 manat; bohema qrafinka dəsti (6 ədəd rumka 1 ədəd qrafinka) üçün 150 manat; mətbəxdə tül jaluzi üçün 15 manat; bütün otaqlarda tül dekor pərdələr üçün 100 manat; büllur şamdan (zal) üçün 25 manat; şamdan (yataq otağı) üçün 25 manat; mətbəxdəki 51 sm dioqanallı Samsung markalı 1 i ədəd plazma televizor üçün 200 manat; zal otağında oval 120 sm Samsung markalı 1 ədəd televizor üçün 250 manat, 1 ədəd soba üçün 150 manat; açılıb bağlanan pilləkən üçün 30 manat, cəmi 3745 manatın pulun 1/2 hissəsi, yəni 1872,5 manatın və ödənilmiş 7,6 manat dövlət rusumunun əvəzinin Borclu alınaraq Tələbkar ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun 113,35 manatının Borclu və 186,65 manatının Tələbkar tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-i **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRTAZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilməsi, iş üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin keçirdiyi keçirdiyi əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 70,23 manatının Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasıya xərcininin əvəzi kimi 50 manat məbləğində pulun cavabdeh Borclu oğlundan tutulub, iddiaçı Tələbkar ödənilməsi, iddianən qalan hissədə təmin edilməməsi qət edilmişdir. - “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, «Toyota Land-Cruiser-Prado» minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmaqla mülkiyyətindədir. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu icra sənədi üzrə borcu yaranmışdır, borclunun barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək onun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına avtomobilin qeydə alındığı aşkar olunmuş, borcluya məxsus tələbin yönəldiləcəyi digər əmlak müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədi üzrə borclunun yetərli pul vəsaiti olmadığından, icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus «Toyota Land-Cruiser-Prado» minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edib, tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərsə də, borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına qeydiyyatda olan «Toyota Land-Cruiser-Prado» minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar